AraşdırmaManşet

Ordumuzun Cuvarlı əməliyyatı: 100 əsgərimiz erməni diviziyasının toplarını necə qənimət götürdü?

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində bir çox qəhrəmanlıqlara və rəşadətə imza atıb. Təkcə Şuşa şəhərinin düşməndən azad edilməsi əməliyyatı bu gün müxtəlif aparıcı ölkələrin hərbi təhsil ocaqlarında tədris proqramına salınıb.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından biri də Füzuli rayonunun Cuvarlı kəndi yaxınlığında keçirilib. Belə ki, 11 oktyabr 2020-ci il tarixdə Qarabağdakı separatçıların təşkil etdikləri artilleriya diviziyası Cuvarlı kəndi yaxınlığında döyüş mövqeyi tutub. Oktyabrın 12-də saat 17:30 radələrində diviziyanın qeyd olunan atəş mövqeyindən təxminən 1 km öndəki təpədə yerləşən komanda-müşahidə məntəqəsindən məlumat daxil olub ki, onlara 100 nəfərdən bir qədər çox hərbçi yaxınlaşır. Oonların əynində Ermənistan ordusunun hərbi geyimi var.

Ermənistan İstintaq Komissiyasının Cəlal Harutyunyan haqqında başlatdığı cinayət işində bununla bağlı qeyd edilir ki, həmin vaxt komanda-müşahidə məntəqəsindəki divizya komandiri həmin dəstəni görərək, onların təxribat qrupu olduğunu zənn etdiyindən postunu qoyaraq, qaçıb. “Həmin diviziya komandiri dərhal tabeliyində olan şəxsi heyətə radioəlaqə vasitəsi əmr edib ki, təcili mövqelərini tərk etsinlər. Həmin vaxt hərbi hissənin artilleriya rəisi yaxınlaşan qrup barədə ordunun artilleriya idarəsinə radio vasitəsilə xəbər verib və onların mənsubiyyətini yoxlamağı xahiş edib. Artilleriya bölməsindən məlumat polkovnik GB-yə ötürülüb. O da öz növbəsində bu barədə general-leytenant Cəlal Hharutyunyana  məruzə edir. Sonuncu vəziyyət haqqında alınan məlumatları etibarlılıq dərəcəsinə görə hərtərəfli öyrənməmiş, emal etməmiş, təsnif etməmiş, müxtəlif mənbələrdən alınan məlumatlarla müqayisə etməmiş, əlavə kəşfiyyat təşkil etməmişdir”.

Həmin istintaq materiallarında qeyd edilir ki, diviziya komandiri yeni yerləşdiyi döyüş mövqeyində zabitlərlə birlikdə xərtiəyə baxaraq, gələn hərbi qrupun kimə aid olduğunu dəqiqləşdirməyə çalışıblar. Onların gəldiyi yeganə qənaət bu olub ki, Ccuvarlı kəndi yaxınlığında başqa bir erməni birliyi var və yaxınlaşanlar da onlardırlar”.

Məlumatda deyilir ki, düşmən dəqiqləşdirmə apararkən Azərbaycan Ordusunun kəşfiyyat bölüyü artıq ermənilərin arxasına keçməyə nail olub. 100 nəfərdən ibarət tabor isə düşmənin yerləşdiyi mövqeyin 400 metrliyinə qədər gəlib çıxa bilib. “Erməni qoşunlarının komandanı yalnız Azərbaycan əsgərlərinin onların mövqeyinin 400 metrliyində müəyyən edə bilib ki, həmin qrup Azərbaycan Ordusunun taborudur. Bu zaman onlara qumbaratanlardan atəş açılıb. Lakin mövqelərinin artıq əldən getdiyini görərək, oranı tərk edərək geri çəkilməli olublar”.

Qeyd olunan mənbənin yayımladığı sənəddən belə aydın olur ki, Füzuli rayonunun Cuvarlı kəndində Azərbaycan Ordusunun bir taboru və kəşfiyyat qrupu maskalanaraq, düşməni aldatmaqla onun arxasına keçərək, mühasirəyə alıb. Bir qrup öndən, digər qrup isə arxadan hücum edərək, ermənilərin yerləşdiyi mövqeyi ələ keçiriblər.

İstintaq materiallarında yer alan xəbərdə qeyd edilir ki, bu hücum nəticəsində düşmən Cuvarlı kəndi yaxınlığındakı mövqeyini qoyaraq, qaçıb. Nəticədə, orada yerləşdililmiş artilleriya qurğuları və sursat Azərbaycan Ordusu tərəfindən qənimət olaraq götürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button