GündəmManşet

Ordumuzun Fərrux kəndini azad etdiyi xəbəri yayıldı: Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı

Az öncə Ermənistan mediası Qarabağda hərəkətliliyin artdığı və Azərbaycan Ordusunun bir sıra strateji yerləri götürdüyü, hətta bir kəndi belə azad etdiyinə dair məlumat yayıblar.

JAMAZ.İNFO “Sputnik Armenia” Agentliyinə istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndinə daxil olub və oranı işğaldan azad ediblər. Həmin məlumata görə, əraziyə gələr rus sülhməramlılarının Ordumuzun rəsmiləri ilə danışıqları nəticə verməyib.

Qarabağdakı separatçılar isə bildiriblər ki, Azərbaycan Ordusu Fərrux kəndi ilə kifayətlənməyib, Pirlər kəndinə doğru hərəkətə başlayıb. Elə bu səbəbdəndir ki, Pirlərdəki ermənilərin kütləvi şəkildə kəndi tərk etdikləri bildirilir.

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Eduar Şarmazanov isə bildirib ki, Fərrux kəndi artıq Azərbaycanın əlindədir. “Azərbaycan Ordusu bir azdan Pirlər kəndini də götürəcək. Oradan isə Qaraqlux yüksəkliyinə doğru yönələcək. Nikol Paşinyanın vəd etdiyi sülh prosesi başlayır”.

**

Bir az əvvəl Azərbaycan Müdafiə Nazirliyi baş verənlərlə bağlı açıqlama yayıb. Nazirlikdən bildirilib ki, erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir. “Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib. Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur. Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button