GündəmManşet

Paşinyan sarsaqladı: “Sərhəddin Qarabağ məsələsinə aidiyyatı olmamalıdır”

Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupu ötən gün Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin aşıqlamasında həmsdərlər bildiriblər ki, tərəflər sərhəddə gərginliyi azaltmağa çalışmalı, qoşunları geri çəkməli və bundan sonra sərhədlərin delimitasiya və demarkasiyasına başlamalıdırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı deyib ki, Minsk Qrupunun təklifləri İrəvan üçün qəbulediləndir. “Adıımların məntiqi, həmsdərlər tərəfindən irəli sürülən təkliflər bizim üçün məqbuldur. Ermənistan hökuməti mərhələli şəkildə bu yolla gedə bilər. Və biz hər zaman qoşunları geri çağırmağa hazırıq. Hazırda Minsq Qrupunun Bakı ilə apardığı danışıqların nəticəsini gözləyirik. Söhbət Sotk-Xoznavar ərazisindən gedir”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ATƏT-in Minsk Qrupu ilə birlikdə sərhədlərin müəyyənləşdirilməsi və bunun ardından Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara start verməyə hazırıdır. “Qoşunların geri çəkilməsi bu gün də baş verə bilər və biz buna hazırıq”.

Paşinyan onu da deyib ki, sərhədlərin müəyyən edilməsi prosesi Qarabağ məsələsi ilə əlaqəli olmamalıdır. “Erməni tərəfi prosesə tam qoşularaq, Qarabağ məsələsinin həlli prosesində iştirak etməyə hazırdı r”.

P.S. Paşinyanın dediklərindən anlaşılan odur ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən edilir, lakin Qarabağ məsələsi bura daxil edilmir. Yəni, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. O zaman sual meydana çıxır, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, hansı sərhədlərin müəyyən edilməsindən söhbət gedə bilər? Aydın məsələdir ki, Nikol bir yerlərdən hansısa təminatlar alaraq, yenidən baş qaldırmağa çalışır. Lakin unudur ki, Azərbaycan bu dəfə kimsənin gözünün yaşına baxmayacaq. Digər tərəfdən də, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, o cümlədən Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul etməkdən başqa şansı yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button