ManşetÖlkə içi

Paşinyan separatçıların “təhlükəsizlik şurası”nın üzvləri ilə birgə iclas keçirəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı daha bir addım atmağa hazırlaşır. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bu addım aprelin 29-da Qarabağdakı erməni separatçılarının “təhlükəsizlik şurası”nın üzvləri ilə görüşdən ibarət olacaq.

Qəzet yazır ki, həmin birgə iclasda Qarabağ məsələsi müzakirə olunacaq və suallara cavab veriləcək. “Ermənistan hakimiyyəti hökumət başçısının əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağ rəhbərliyini bölgəni Azərbaycana təslim etməyəcəklərinə və onun taleyini Qarabağ ermənilərinin həll edəcəyinə inandırmaq istəyir”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button