DünyaManşet

Paşinyan Türkiyəyə səfərə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.

Məlumatda deyilir ki, Paşinyan Ankaraya deyil, Antaliyaya gedəcək və orada keçiriləcək diplomatların görüşünə qatılacaq.

Qeyd edək ki, martda Antaliyada keçiriləcək tərdbirə Ermənistanı bu ölkənin XİN başçısı Ararat Mirzoyan və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümyəndə Ruben Rubenyan qatılacaqlar.

Türkiyənin          XİN başçısı Mövlud Çavuşoğlu isə bildirib ki, Rubenyan və Mirzoyanın Antaliyada tədbirdə iştirakı təsdiqlənib. O qeyd edib ki, Ankara bununla bağlı onlara dəvət də göndərib. Nazir Nikol Paşinyanın Antaliyaya səfər edə biləcəyini də istisna etməyib. “Ermənistan baş nazirinin Antalyaya mümkün səfəri ilə bağlı məlumat dünən bizəı daxil olub”.

Xatırladaq ki, martın 11-14-də Antaliya Diplomatik Forumu keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button