DünyaManşet

Putin generalları qovdu: Son silahı olan “Terminator”u döyüşə yolladı

Ukraynada bataqlığa düşən Rusiya ordusu vəziyyətdən çıxa bilmir. Böyük itkilər hesabına minimal üstünlüklər isə zaman içində Ukraynanın xeyrinə dəyişməyə başlayıb. NATO-nun verdiyi silahlar hesabına rus ordusunu taru-mar edən ukraynalılar, artıq onların çox öyündükləri T90M tanklarını da hədəfə alıblar.

JAMAZ.İNFO xəbər verir ki, Rusiyanın ən güclü silahlarından biri hesab olunan T90M tankları bir sıra üstünlkülərə malikdir. Onlar həm quruda, həm də havadan olan hücumların qarşısını almaq gücünə sahib hesab olunurdular. Belə ki, üzərlərində quraşdırılmış yer-hava raketləri sayəsində havadakı hədəfləri belə vura bilirdilər. Amma mayın əvvəlində Xarkov istiqamətində İngiltərənin Javelin ve NLAW tank əleyhinə raket quruğusu ilə vurulduqdan sonra Moskvada ortalıq qarışıb.

Belə ki, indiyə qədər Ukraynada 1000-ə yaxın tank itirən Rusiya ordusu T90M-in vurula biləcəyini ağlına belə gətirmirmiş. Vəziyyət o yerə çatıb ki, Javelin ve NLAW kimi silahların qarşısında aciz qalan tank, İingiltərə istehsalı olan “Brimstone” raketləri qarşısında daha aciz duruma düşüb. Donbas istiqamətində istifadə edilən həmin raketlər rus tanklarını bir-bir sıradan çıxarır. Qeyd edək ki, T90M tankının qiyməti 5 milyon dollardır.

Rusiya çarəsizlikdən döyüşə özünün ən son silahını, “Terminator” adı ilə tanınan BMPT zirehli texnikasını göndərmək məcburiyyətində qalıb. Bir sıra üstünlüklərə malik, habelə 5-ci nəsil tank hesab olunan “Terminator”ların asanlıqla hədəfə gələ bilməsi mümkün hesab olunmur. Onun mərmi və raketlərdən yayınmaq kimi üstünlüklərə malik olduğu iddia olunur. Lakin T90M tankları üçün də eyni fikir səsələndirilsə də, döyüş meydanında istənilən nəticəni vermədi.

Rusiya prezidenti Vladimir Putin isə Ukrayna cəbhəsində komandan dəyişməklə əsəblərini sakitləşdirməyə çalışır. JAMAZ.İNFO xəbər verir ki, Putinin ımri ilə Qara dəniz hərbi donanmasının komandanı admiral İqor Osipov postundan qovulub. Bundan başqa, Ukrayna ordusunun 14 gün ərzində Xarkovda 23 kəndi işğaldan azad edərək, Rusiya ilə dövlət sərhəddini bərpa etməsi 1-ci tank qoşunlarının komandanı, general Sergey Kiselin başında çatlayıb. Putin onu da qovaraq, yerinə başqa bir komandan təyin edib.

 

Son dakika... Putin kovdu Rus ordusunda deprem
Son dakika... Putin kovdu Rus ordusunda deprem
Son dakika... Putin kovdu Rus ordusunda deprem

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button