ManşetSiyasət

Putin Paşinyanı niyə Moskvaya çağırıb?

Yaxın günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, məlumat həm Kreml, həm də İrəvan tərəfindən təsdiqlənib.

Hər iki tərəf bildirib ki, görüş şəxsi olacaq, bununla bağlı hazırlıq görülür və vaxt məsələsi isə dəqiqləşdikdən sonra açıqlanacaq.

Qeyd edək ki, Rusiya tərəfi bu görüşün Rusiya-Ermənistan münasibətlərinin daha da genişlənmdirilməsi və möhkəmləndirilməsi xarakteri daşıdığını bəyan edib. Əslində isə belə bir görüşün keçirilməsinin gerçək səbəbi aydın məsələdir.

Bildirək ki, son günlər Azərbaycan Prezidenti İlham Əliyev xarici media nümayəndələrinə müsahibələrində bəyan edib ki, o, Nikol Paşinyanla görüşə hazırdır. Bunun üçün onuin uyğun vaxt və yer deməsi kifayətdir. Elə Paşinyan da danışıqlara hazır olduğunu, Bakını çıxmaq şərti ilə istənilən vaxt və yerdə görüşmək üçün hazır olduğunu bildirib.

Belə bir görüşün keçirilməsi ərəfəsində Paşinyanın Rusiyaya dəvət edilməsi və onunla şəxsi görüşün keçirilməsi təsadüf ola bilməz. Şübhəsiz ki, Moskva görüşün onun istək və maraqlarından kənar keçirilməsini istəmir. Digər tərəfdən, Kreml erməni tərəfini təlimatlandırmaqda maraqlıdır. Çünki Nikol Paşinyan bir çox hallarda Moskvanın maraqlarından kənar çıxışlar edir və addımlar atır. Əliyev-Paşinyan görüşündə də analoji addımlıar ata biləcəyi şübhəsiz nəzərə alınıb.

Digər tərəfdən, Moskva görüşündən sonra Paşinyan böyük ehtimalla İlham Əliyevlə ya Rusiya şəhərlərindən birində, ya da Belarusda görüşə biləcəyini açıqlayacaq. Belə ki, bu Rusiya üçün lazımdır. Kreml bununla təkcə Qarabağ məsələsində deyil, ümumilikdə, Cənubi Qafqazla bağlı mövzularda hakim mövqedə olduğunu nümayiş etdirmək istəyir.

Hadisələrin ardıcıllığna diqqət yetirsək, belə anlaşıla bilər ki, prosesin Soçi görüşündən sonraya təsadüf etməsi ortalıqda müəyyən razılaşmaların olmasından xəbər verir. Hərçənd Moskva danışıqların onun maraqları çərçivəsində aparılmasını istəyir və bundan kənarda nələrinsə baş verməsini arzulamır. Ona görə də, Nikol Paşinyanı Moskvaya dəvət etməklə ona xəbərdarlıq etməyi daha uyğun bilib.

Lakin gedişat həm də onu göstərir ki, bu görüşün ardından daha bir səfər məsələsi gündəmə gələcək. Bu dəfə Putin İlham Əliyevi Kremlə dəvət edəcək və onunla şəxsi görüş keçirəcək. Bu əldə olunmuş razılaşmanın detallarını müzakirə etmək və danışıqların hansı səpkidə aparılmasının konturlarını müəyyənləşdirmək üçün nəzərdə tutula bilər. Eyni zamanda, Paşinyanla əldə olunmuş razılaşmanın detalıları da tərəflər arasında müzakirə olunacaq.

Aydın məsələdir ki, İlham Əliyev və Nikol Paşinyan arasında ilk görüşdə hər hansı bir sənəd imzalanmayacaq. Bu məsələlərin müzakirə edilməsi məqsədi daşıyacaq və detalların dəqiqləşdirilməsi ilə yekunlaşacaq. Təbii ki, şifahi razılaşmalar olacaq. Görüşün ardından hər iki tərəfin sülh sazişini hazırlamaq üçün baş nazir və ya XİN başçıları səviyyəsində komissiya yaradılacaq. Bundan sonra isə il sonuna Azərbaycan və Ermənistan arasında sazişin imzalanması mümkün olacaq. Prosesin bir qədər də yubanması istisna deyil.    

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button