DünyaManşet

PUTİN PAŞİNYANLA GÖRÜŞDƏN İMTİNA ETDİ: MOSKVA SƏFƏRİ LƏĞV EDİLDİ 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri təxirə salınıb. JAMAZ.İNFO “Mediaport” saytına istinadən xəbər verir ki, buna səbəb Kreml Paşinyanın Rusiyada yüksək səviyyəli görüşünə razılaşmayıb. “Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Paşinyan-Putin görüşünü təşkil etmək mümkün olmayıb. Bunun ardından Ermənistan Protokol İdarəsinin nümayəndələri geri, İrəvana çağrılıblar”.

JAMAZ.İNFO xəbər verir ki, Vladimir Putinlə Nikol Paşinyan arasında münasibətlər xeyli əvvəldən pisləşmişdi. Buna səbəb Putinin bir neçə xahişinin Paşinyan tərəfindən rədd edilməsi, onun ən yaxın dostlarının həbs edilməsi, habelə erməni baş nazirin Qərbə meyillənməsi göstərilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button