DünyaManşet

Putinin ən gizli təyyarəsi soyuldu

Rusiya prezidenti Vladimir Putin üçün xüsusi olaraq hazırlanmış və nüvə savaşı zamanı minəcəyi təyyarədə soyğunçuluq hadisəsi baş verib. JAMAZ.İNFO “Guardian” qəzetinə istinadən xəbər verir ki, “İlyuşun-80” adlı təyyarədə baş verən oğurluq nəticəsində karqo qapağını açan oğrular simsiz rabitə aparatının 39 hissəsini aparıblar.

Rusiya Daxili İşlər Nazirliyi məlumatı təsdiqləsə də, oğurluğun konkret olaraq hansı təyyarədən edildiyini bildirməyib. Bilinən odur ki, təyyarədə bir ayaqqabı və bir barmaq izi aşkarladığıdır.

Bildirək ki, Taqanroq Elmi Tədqiqat Mərkəzinin hazırladığı “İl-80” markalı təyyarə xüsusi olaraq nüvə müharibələri dövrü üçün hazırlanıb. Təyyarənin pəncərəsi yoxdur və elektromaqnit dalğalara, habelə yüksək səsə davamlılığı var. Bundan başqa, təyyarədə olan şəxslər radiasiyaya yoluxmurlar.

“İl-80”nin daha bir özəlliyi odur ki, təyyarənin quyruğunda yerləşdirilmiş və bir neçə kilometrə qədər uzanan antena vasitəsi ilə sualtı qayıqlarla əlaqə yaratmaq olur.

Təyyarə xüsusi olaraq Putin və yüksək çinli hərbçilər üçün hazırlanıb.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button