ManşetÖlkə içi

Qafan şəhəri və üç kənd “ovucumuzun içində”: Ordumuz Ağdağda

İki gündür Ermənistanda Sünik vilayəti ilə Azərbaycan arasında yerləşən Ağdağ (ermənilər onu “Pela” adlandırır) dağının Ordumuza verildiyi barədə mübahisə gedir. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Gorusun meri dağın bütünlüklə Azərbaycanın nəzarətində olduğunu bildirsə də, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi məlumatı təkzib ediblər. Onlar dağın yalnız bir hissəsinin Azərbaycanda olduğunu deyiblər.

Bununla bağlı mübahisə artıq İrəvan parlamentində də ciddi müzakirələrə səbəb olub. Paşinyan hakimiyyətini tənqid edən müxalifət ondan açıqlama istəyirlər. Rəsmi qurumlar isə Ağdağın bir hissəsinin Ermənistanın nəzarətində olduğunu deməklə kifayətlənirlər.

Bu gün Qafan merinin müavini Mesrop Azumanyan məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, hazırda Azərbaycan Ordusu Ağdağın bir hissəsinə yerləşib. “Mən iki gündür Qafanda deyildim. Hazırda hər hansı bir məlumata malik deyiləm. Mən yalnız rəsmi qurumlara xəbər verdim ki, yol bağlıdır.Aradakı razılaşmadan sonra qarovul dəstəsinin hərəkət etməsinə icazə verildi. Yeni yol çəkilənə qədər həmin yoldan istifadə edəcəyik”.

Mer müavini deyib ki, Ağdağ strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, sözügedən dağa sahib olan tərəf Qafanla yanaşı, habelə Ağarak, Xıdrans və Diçmayır kəndlərinə tam nəzarət edəcək. “Biz dağlardan enməmişik. Mövqe dəyişikliyi də baş verməyib. Sadəcə, bizim dəstələrin hərəkət etidiyi yol bağlanıb. Hələ bir xeyli müddət həmin hissədən istifadə edə bilməyəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button