ManşetÖlkə içi

Qalust Qriqoryan: “Ermənistan Azərbaycana tam təslim olmağa məcburdur”

Ermənistan mediası ölkənin gələcəyinin qaranlıq olduğunu, indiyə qədər üzləşmədikləri vəziyyətlə üzləşdiklərini tirajlayır. JAMAZ.İNFO xəbər verir ki, hal hazırda əksər media təmsilçiləri təkcə İrəvanda deyil, həmçinin Qarabağda baş verənləri məğlubiyyətin ikinci mərhələsi adlandırır.

“ArmenianReport” saytının əməkdaşı Qalust Qriqoryan yazır ki, hazırda Ermənistan Azərbaycanın tələbləri qarşısında aciz durumdadır. “Biz bir növ girovuq. Bizə tüpürmək belə istəmirlər. Şərtlərimizi qəbul etmirlər. Çox tezliklə yeni vəziyyətin Ermənistana necə ağır zərbə vuracağını anlayacağıq”.

Qriqoryan qeyd edir ki, Ermənistanın əsas müttəfiqləri Rusiya və İrandır. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğal prosesinə başladıqdan sonra həm ciddi sanksiyalara məruz qalıb, həm də dünya birliyi yanında hörmətdən düşüb. “İran isə Vyana danışıqlarını bir kənara qoyaraq, Ərbildəki ABŞ Konsulluğuna raket atmaqla prosesi pozmaq ərəfəsindədir. Bu ölkə də ciddi sanksiyalar altındadır və son addımları durumu daha da gərginləşdirəcək”.

Erməni müəllif hesab edir ki, Qərb Ermənistana heç bir kömək edə bilməz. “Çünki biz həm Rusiyanın, həm də İranın rəsmi müttəfiqiyik”.

Yaranmış vəziyyətdən Azərbaycanın uğurla istifadə etdiyini də yazan müəllif bildirir ki, Bakı artıq istəklərinə nail olmağın bir addımlığındadır. “Biz, əslində, tam təslim olmağa məcburuq. Və etiraf edirəm ki, indiki şəraitdə indiki hakimiyyəti günahlandırmağın da yeri yoxdur. Ona görə ki, hər şey fərqli şəkildə və qlobal səviyyədə qərarlaşdırılır. Bu prosesdə isə bizə yer yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button