CəmiyyətManşet

Qarabağ erməniləri gələcəklərini necə görürlər? – XANKƏNDİDƏN MARAQLI REPORTAJ   

Qarabağda yaşayan ermənilər öz gələcəklərini Qarabağda görmürlər. JAMAZ.İNFO xəbər verir ki, Xankəndi, Xocavənd və Ağdərədən hazırlanan reportajlardan, orada yaşayan erməni əhalisinin dediklərindən bu aydın görünürü. Dünənə qədər bu sözü dilinə almayanlar isə artıq bu barədə açıq danışmağa başlayıblar.

Ötən gün “Sputnik Ermənistan” Xəbər Agentliyi Xankəndidən hazırladığı reportajında Qarabağda yaşayan ermənilərin güzaranlarından bəhs edib. Jurnalist bir çox erməni ilə görüşərək, onların necə yaşadıqları ilə maraqlanıb. Və hamısı bildirib ki, onlar yaşamırlar, sürünürlər. Xocavənd sakini, müharibədən sonra Xankənddə məskunlaşan Aleşa Melkumyan deyir ki, ona və oğluna maddi köməklik edilsə də, həyat yoldaşı Rusiya vətəndaşı olduğundan heç bir yardım edilmir. O, hazırda Xankəndidə kirayə evdə yaşadığını bildirir və hələ müharibədən əvvəl aldığı torpaqda ev tikmək üçün icazə ələd edə bilmədiyini söyləyir.

Melkumyan təkcə, onun deyil, müharibədən sonra Qarabağda yaşayan ermənilərin güzaranının bərbad olduğunu, verilən yardımların gündəlik qidalanma üçün yetmədiyini, evsiz-eşiksiz qalanların sayının həddindən artıq çox olduğunu da vurğulayıb. “Təkcə, bizim kimi yaşayan 200 erməni ailəsi tanıyıram. İmkanı olanlar müharibədən sonra Qarabağdan çıxıb, getdilər. Rusiyaya qaçanlar oldu, İrəvanda özünə ev alıb, qalanlar oldu. Lakin biz gedə bilmədik və nə gündə yaşadığımız da göz qabağındadır”.

Xocavənd sakini qeyd edir ki, onlara çoxlu vəd veriblər. Hətta evlə təmin edəcəklərini də deyiblər. “Lakin biz inanmırıq. Çünki başda oturanlar oyun oynayır, insanları aldadır. Hələ havalar istidir, bir təhər keçinmək olur. Qarşıda qış var, o zaman necə olacaq? Ötən qış dedilər ki, müharibədən yenicə çıxmışıq. Bu dəfə nə deyəcəklər?”

Xankəndi sakinləri deyirlər ki, müharibə öncədən razılşadırılıb və torpaqların verilməsi də həmin planın tərkib hissəsidir. Və bunu qəribə bir “məntiq”lə əsaslandırırlar. “Azərbaycan Ordusu niyə məhz Şuşanı hədəf götürdü? Niyə Ağdam və ya Ağdərə istiqamətindən hücum etmədilər? Onların məqsədi Şuşanı almaq idi. İstəklərinə də çatdılar. Əgər anlaşmışdılarsa, bu qədər ölümə nə gərək vardı? Elə sülh yolu ilə verərdilər”.

Təkcə Melkumyan deyil, digərləri də deyirlər ki, onlar Qarabağın gələcəyini görmürlər. “Biz Qarabağın gələcəyini görmürük. Amma o imkanımız da yoxdur ki, harasa gedək. Necə edək, hara gedək, bilmirik. Günümüz bazarlarda keçir. Nərd oynayırıq, çay içirik. Amma nə vaxta qədər? İmkan düşən kimi, ailələrimizi götürüb, buradan gedəcəyik”.

P.S. Ermənilər gələcəklərini Qarabağda görməyə bilərlər. Çünki həqiqətən də onlar xülya ilə yaşayır, “müstəqil dövlət” olacaqları nağıllarına inanırlar. Artıq proses bitib, Xankəndi, Ağdərə, Xocalı və Xocavənd də Azərbaycan torpaqlarıdır və orada yaşayan ermənilər əgər qanunlarımızı, şərtlərimizi qəbul edərlərsə, bizim vətəndaşımız olaraq yaşaya bilərlər. Əks təqdirdə, qapılar açıqadır, istədikləri ölkəyə getməyə hətta biz yardım etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button