GündəmManşet

Qarabağ qazsız və işıqsız qaldı: XANKƏNDİ ZÜLMƏTƏ BÜRÜNÜB

Artiq bir neçə gündür Qarabağ ətrafında gərginlik hökm sürür. JAMAZ.İNFO xəbər verir ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan separatçılar mütəmadi olaraq təxribatlara əl ataraq, Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı məlumat yayaraq bildirir ki, Qarabağdakı qanunsuz silahlı dəstələrin təxribatlarına layiqli cavab verilir və dəqiq atəşlə düşmən susdurulur. Gələn xəbərlərdən belə başa düşülür ki, düşmənin bir neçə postu, o cümlədən Xocalı rayonu ərazisində silah anbarı məhv edilib.

Lakin Qarabağda yaşayan ermənilərin qara günü bundan sonra başlayıb. İndiyə qədər onlara qarşı sərt davranmayan Azərbaycan tərəfi düşmənin təxribatlarından sonra bir sıra addımlar atmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, martın 7-də Ermənistandan Qarabağa təbvii qaz ötürən kəmərdə problem yaranıb. Həmin gündən bəri Xankəndi və ətraf ərazilərə qazın verilişi dayandırılıb. Erməni tərəfi kəməri təmir etmək üçün cəhd etsə də, bir nəticə hasil olmayıb. Daha doğrusu, Azərbaycan rəsmiləri həmin kəmərin təmirinə icazə verməyiblər. Rus sülhməramlılarının bir neçə gündür apardığı danışıqların da faydası olmayıb.

Bildirək ki, qaz kəmərinin sıradan çıxması səbəbindən Qarabağda mənzillərə və evlərə təbii qazın verilişi dayandırılıb. Artıq separatçılar bəyan ediblər ki, kəmər təmir olunana qədər belə vəziyyətdə yaşamalı olacaqlar.

Amma separatçıların problemi bununla bitməyib. JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə maye qaz da yoxa çıxıb. Belə ki, dünəndən etibarən şəhərdəki Yanacaqdoldurma Məntəqələrində maye qazın satışı dayandırılıb. Qarabağdakı separatçı qurumlar bildiriblər ki, buna səbəb Ermənistandan maye qaz göndərilməməsidir. Onlar İrəvandan nə zaman maye qaz ala biləcəkləri barədə dəqiq tarix verə bilməyiblər. Bunu da məlumatlarının olmaması ilə əsaslandırıblar.

Bu gecə isə Xankəndi tatmilə qaranlığa qərq olub. JAMAZ.İNFO xəbər verir ki, havanın temperaturu 0 dərəcəyə düşdüyündən, habelə qazın olmamasından dolayı şəhərdəki ermənilər evlərini elektrik sobaları ilə qızdırmaq məcburiyyətində qalıblar. Bu gün gecə saat 21:20-də isə Xankəndinin işıqları sönüb. Orada fəaliyyət göstərən yerli “qurum”ların nümayəndələri bildiriblər ki, yüksək yüklənmə səbəbindən şəhərdəki transformatorlar sıradan çıxıb. Elektrik ötürücü məntəqənin isə blokları işdənm düşüb. Şəhərə elektrik enerjisinin nə zaman veriləcəyi isə hələlik məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button