GündəmManşet

Qarabağda ara qarışdı: Arayik geri çəkildi, Balasanyanla “Sarı Şir” “prezident” olmaq istəyir, Bakı isə Rusiyaya xəbərdarlıq edib

Qarabağda vəziyyət dəyişməyə başlayıb. Separatçılar vəziyyətdən çıxmaq üçün yeni yollar axtarırlar. Gedişat onu göstərir ki, separatçıların böyük qismi gələcəklərini Qarabağda görmürlər. Elə bu səbəbdən də aradan çıxmaq üçün vasitələr axtarırlar.

Qeyd edək ki, separatçıların böyük əksəriyyəti müharibə zamanı Qarabağı tərk ediblər. Onların bir qismi İrəvanda məskunlaşıb. Bir neçəsi isə Rusiyaya daşınıb. Hələ bir müddət əvvəl həmin separatçılardan biri, özünün qondarma “dqr”in “fövqəladə hallar naziri” kimi təqdim edən Akopyan Sankt-Peterburq şəhərində həbs olunub. O, qaçaqmalçılıqda ittiham olunur. Qukasyan, Saakyan və digərləri isə İrəvanda öz bizneslərini idarə etməklə məşğuldurlar.

JAMAZ.İNFO xəbər verir ki, hazırda özünü “prezident” olaraq təqdim edən Arayik Harutyunyan da aradan çıxmağa hazırlaşır. Belə ki, o, ötən gün separatçılardan təşkil etdiyi “Azad Vətən” adlı qondarma “partiyası”nın iclasında bəyan edib ki, növbəti “prezident seçkiləri”ndə iştirak etməyəcək. Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bununla bağlı yazır ki, artıq Qarabağda “yeni mərhələ” başlayıb. Qəzetin iddiasına görə, Harutyunyandan sonra “prezident” olmaq üçün yarış başlayıb. Bu yarışda maraqlı olan tərəflər arasında keçmiş separatçılar, Ermənistan hakimiyyəti və Soros Fondu var. “Əsas namizədlər hazırda “təhlıükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan və “müdafiə ordusu”nun keçmiş “komandanı”, Sarı Şir” ləqəbli Levon Mnatsakanyandır. Arayik Harutyunyan Balasanyan komandasına dəstək verəcəyini vəd edib”.

Lakin “Hraparak” qəzeti maraqlı bir məlumat da paylaşıb. Qəzet yazır ki, Azərbaycan rəhbərliyi məsələdən xəbərdardır və indidən addımlar atmağa başlayıb. “Rəsmi Bakı Rusiyaya xəbərdarlıq edib ki, əgər separatçılar Qarabağda “prezident seçikləri” keçirərsə, bunun qarşısını almaq üçün zəruri olan bütün addımları atacaq. Üstəlik, Azərbaycan tərəfi Qarabağda keçmiş separatçılardan heç kimin qalmasını istəmir. Onların tez zamanda bölgəni tərk etməsini tələb edir”.

Bildirək ki, Azərbaycanın “zəruri addım atacağıq” fikri belə əsaslandırla bilər ki, əgər tələb yerinə yetirilməsə, rəsmi Bakı antiterror əməliyyatlarına start verəcək. Çünki Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini, orada yaşayan ermənilərin ölkə vətəndaşı olduğunu və zaman içində Azərbaycan cəmiyyətinə inteqrasiya edəcəklərini bəyan edib. Eyni zamanda, Qarabağda erməni separatçılarının hər hansı bir “prezident seçkiləri” keçirməsinə Bakının sakit yanaşacağı inandırıcı görünmür. Elə Rusiyaya bəribaşdan xəbərdarlıq etməsi də bununla bağlıdır.

Digər tərəfdən, Qarabağ Azərbaycan ərazisidir və bu bölgdə mövcud terror və separatçı hərəkətlərə qarşı addım atmaq səlahiyyətinə malikdir. Beynəlxalq təşkilatların da Azərbaycan ərazisi olaraq tanıdığı Qarabağda antiterror əməliyyatı keçirməsi üçün bütün qanuni hüquqa sahibdir. Bu prosesə hazırda mane ola biləcək iki ölkə var ki, onlardan biri Rusiya, digər isə Fransadır. Düzdür, Fransa hazırda Azərbaycan hakimiyyətinə təsir etmək gücündə deyil. Bunu 44 günlük Vətən Müharibəsi də təsdiqləyib. Lakin Rusiya haqqında bunu demək bir qədər çətindir. Çünki Rusiya Azərbaycana təsir etmək gücündədir. Eyni zamanda, Qarabağda hazırda rus sülhməramlıları yerləşir. Amma Rusiyanın da güzəştə gedəcək yerləri var. Əgər bölgədə daimi qalmaq istəyirsə, o zaman Azərbaycanla hesablaşmaq zorundadır.

Bu əsnada, erməni mediası yazıb ki, Qarabağda “prezident seçikləri”nin 2023-cü ildə keçirilməsi planlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button