GündəmManşet

Qarabağda etiraz aksiayaları başlayır: “Rusların bölgədə olması işimizə yarayır”

Qarabağda bir qrup separatçı etiraz askiayalarına hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı separatçılar arasında Arayik Harutyunyana müxalif olanlar qərar veriblər. Bu barədə danışan Qarabağda qondarma “Ədalət Partiyası”nın “rəhbəri David Qalstyan deyib ki, onların məqsədi Harutyunyanı istefaya göndərmək və “yeni hökumət” qurmaqdır.

Qalstyanın sözlərinə görə, hazırda Qarabağda və Ermənistanda insanlar nə baş verdiyinin fərqində deyillər. “Həm müharibə zamanı, həm də müharibədən sonra günahkar axtarışları vardı. Bununla bağlı müxtəlif yalan məlumatlar yayırlar. Məsələn, Qarabağ xalqı qaçdı, Şuşanı müdafiə etmədi kimi tezisləri Qarabağdakı rejim də yayır. Xalqı Şuşanın süqutunda ittihamç edirlər. Bunun səbəbini soruşduqda deyirlər ki, Paşinyandan ehtiyat edirlər”.

Erməni separatçı bildirir ki, Qarabağın maliyyələşdirilməsi və sosial problemlərin mövcudluğu fonunda tamamilə müdafiəsiz qalmışıq. “Məsələn, bu yaxınlarda Nikol Paşinyan dedi ki, Şuşada heç bir bina tikilməyib. Arayik Harutyunyan ona cavab verə bilər. Lakin bunu etmir, Paşinyana yalan danışmağa icazə verir”.

Qalstyan qeyd edir ki, Vitali Balasanyan Qarabağda qondarma “Milli Təhlükəsizlik Şurasının katibi” təyin olunmasından sonra “müxalifəti” birləşdirəcəyi gözlənilirdi. Hətta bunun “hakimiyyət” dəyişikliyinə gətirib çıxaracağı düşünülürdü. “Lakin bütün bunların hamısı hakimiyyətin düşünülmüş şəkildə yazdıqlarıdır. Problıem ondadır ki, Vitali Balasanyanın təyinatından sonra sözdə həmrəylik hökuməti qurulmalı idi. Lakin Balasanyanın təyinatından sonra Arayik Harutyunyan başqa istiqamətə keçərək, müxalifəti parçaladı və ayrı-ayrı müxalifət xadimlərini məsləhətçi və köməkçi təyin etdi”.

Jurnalistin “Vitali Balasanyanın istefa verməsinə və etirazlara başlamasına nə mane olur” sualına cavab verən separatçı bildirib ki, bunu ondan soruşmaq lazımdır. “Qarabağ bu gün tamamilə müdafiəsiz qalıb. Artıq Ermənistan da onun təhlükəsizliyinin təminatçısı deyil. Rus sülhməramlıları heç bir siyasi platforma ilə ünsiyyət qurmur. Digər tərəfdən, Arayik Hrutyunyan şaiyə yaydı ki, əgər o, istefa verərsə, Qarabağ məhv olacaq. Xalq da ona inandı”.

Qalstyan deyib ki, Qarabağ öz “qurumları”nı, “ordusu”nu qurmalı və onları danışıqlar prosesinə cəlb etməlidir. “Rus sülhməramlılarının Qarabağda olması bizə çox kömək edir. Bu, qüvvələrimizi yenidən səfərbər etmək üçün vaxt verir. Həm də ümid edək ki, Ermənistanda yenicə başlayan küçə mübarizəsi uğur qazanacaq. Bu baş verərəsə, Qarabağdakı hakimiyyət də mübarizəsiz gedəcək. Çünki Arayik Harutyunyan Paşinyanın sayəsində hakimiyyət başındadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button