ManşetÖlkə içi

Həsənrizdəki baza darmadağın edilib: 1 erməni əsgəri ölüb, 8-i yaralanıb

Qarabağda vəziyyət gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında düşmən Azərbaycan Ordusunun Laçın rayonundakı mövqelərini intensiv şəkildə atəşə tutub. Atəş nəticədində bir hərbçimiz Şəhid olub.

Gün boyu erməni mənbələrin yaydığı xəbərlərdən isə belə məlum olur ki, hazırda Qarabağda durum ağırdır. Belə ki, ermənilər bütün təmas xətti boyunca təxribatlara əl atmağa başlayıblar.

Qarabağdakı separatçıların nümayəndəsi, özünü “ombudsman” olaraq təqdim edən Qeqam Stepanyan bildirib ki,günorta saatlarında Azərbaycan Ordusu Tərtər rayonunun Həsəriz kəndində yerləşən özünü “artsax müdafiə ordusu” kimi kamflyuaj etmiş, əslində isə terrorçu dəstələrin cəmləşdiyi hərbi hissəni darmadağın edib. Hadisə nəticəsində xeyli yaralının olduğu deyilir.

Qeyd edək ki, Həsnriz kəndi istiqamətində bu gün səhər saatlarından terrorçular Ordumuza qarşı bir neçə təxribata əl atıblar. Nəticədə, onlara adekvat cavab verilib və mövqeləri sıradan çıxarılıb.

Stepanyan onu da bildirib ki, bölgədə vəziyyəti normallaşdırmaq və atəşkəsə nail olmaq üçün Rusiya sülhməramlı qüvvələrinin yüksək çinli zabitləri Azərbaycan tərəfi ilə danışıqlar aparır. Həmin danışıqların Şuşa şəhəri yaxınlığında getdiyi deyilir.

JAMAZ.İNFO xəbər verir ki, erməni jurnalist Nairi Hokxikyan isə özünün Facebook səhifəsində yazıb ki, hazırda Laçın istiqamətində durum gərgindir. Onun sözlərinə görə, həmin istiqamətdə Azərbaycan Ordusu hərbi əməliyyatlara start verib.

Hokxikyan iddia edib ki, Azərbaycan Ordusu təkcə Laçın deyil, Xocavənd istiqamətində də hərəkətlənməyə başlayıb. Onun yazdığına görə, Ordumuz Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığındakı yükəsklikləri işğaldan azad edib. “Azərbaycan Ordusu şahyeri kəndinə daxil olmaq üzrədir”.

Erməni tərəfinin yaydığı məlumatda vurğulanır ki, gedən aktiv döyüşlər zamanı 1 əsgərləri ölüb, 8-i isə yaralanıb. Onlardan 6-nın durumu ağırdır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisələrlə bağlı hələlik hər hansı məlumat yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button