GündəmManşet

Qarabağdakı erməni postları yığışdırılır: Düşmən mövqelərini tərk edir

Dünəndən etibarən Qarabağda Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə özlərinə post qurmuş erməni qanunsuz silahlı dəstələri mövqelərini tərk edərək, Xankəndinə doğru çəkiliblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatda deyilir ki, bir neçə gün bundan əvvəl Azərbaycan tərəfinin tələbi ilə bütün “təmas xəttin”dəki Ermənistan bayraqları və Qarabağın əski parçalıarının yığışdırılması həyata keçirilib. “Soçidə əldə olunmuş razılaşmaya əsasən bayraqlar yığışdırılıb. Əks təqdirdə, Azərbaycan tərəfi bayraq asılmış bütün mövqeləri vuracağı ilə hədələyib”.

Dünəndən isə “bayraq” larla bərabər erməni silahlı dəstələrinin yerləşdikləri postların da yığışdırılmasına start verilib. Xankəndidə fəaliyyət göstərən “Arcakh24” saytının əməkdaşları bununla bağlı Şuşa yaxınlığındakı postlarda olublar və təısdiqləyiblər ki, həmin mövqelərdəki erməni silahlıları oradan çıxarılır.

Erməni mediası bunun hansı səbəbdən baş verdiyini və belə bir razılaşmanın nə zaman əldə edildiyini dəqiqləşdirə bilməyib. Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edib. Qarabağdakı qanunsuz silahlı dəstələrin nümayəndələri də bu barədə danışmaq istəmədiklərini bildiriblər. Azərbaycan tərəfi isə ənənəvi olaraq “qara qutu” kimi davranmaqda davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button