AraşdırmaCəmiyyətDünyaGündəmİqtisadiyyatManşetMediaÖlkə içiSiyasətSosial

QARABAĞDAKI ERMƏNİLƏRİN PASPORTLARI NİYƏ YIĞILIR?

Qarabağda yenidən qayıdan ermənilərin pasportlarını yığırlar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Məlumatda deyilir ki, son iki gün ərzində Xankəndi, Əsgəran, Xocalı və Ağdərədə yaşayan ermənilərin pasportlarını toplayıblar. Prosesin hazırda davam etdiyi vurğulanır.

Xankəndidə yayılmış şayələrə görə, guya, pasportları bölgəyə gəlmiş rus sülhməramlıları toplayır və məqsəd onlara Rusiya vətəndaşlığının verilməsidir. Rəsmi Moskva isə bu məlumatları təkzib edib və prosesin onlara aid olmadığını vurğulayıblar.

Ermənistan tərəfi isə ötən gün məsələ ilə açıqlama verib. İrəvandan verilən açıqlamada deyilir ki, pasportların yığılması “Hərbçilərin Sığortası Fondu”nun təşəbbüsü ilə həyata keçirilir. “Pasportların yığılması müharibə vaxtı zərər çəkmiş və həlak olmuş hərbçilərin ailələrini müəyyən etmək və onlara kompensasiyaların ödənilməsini təşkil etməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button