AraşdırmaManşet

Qarabağdakı separatçılar nəyə ümid bəsləyirlər? – Rusiya və Azərbaycan seçimi

44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilərin durumu daha acınacaqlı şəkil almağa başlayıb. Bir tərəfdən məğlubiyyətin yaratdığı psixoloji problemlər, digər tərəfdən isə sosial-iqtisadi vəziyyətin dözülməzliyi ermənilərin bölgəni tərk etməsinə səbəb olur.

JAMAZ.İNFO xəbər verir ki, erməni mediası belə açıq şəkildə etiraf edir ki, Xankəndi və əıtraf ərazilərdə yaşayanlar kütləvi şəkildə Qarabağdan imtina edərək, başqa ölkələrə üz tuturlar. Hətta bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları belə baş verənlərdən təəccübləniblər. “Rus sülhməramlıları ermənilərin Qarabağdan imtina etdiyini bilirlər. Təəccübləndikləri isə odur ki, həmin ermənilər xaricə daşındıqdan sonra vətən haqqında pafoslu çıxışlar edir, mahnılar oxuyurlar”.

Qarabağdakı erməni separatçıları isə ümidlərini bölgədə baş verən son proseslərə bağlayıblar. “Hraparak” nəşri yazır ki, hal hazırda Qarabağdakı erməni separatçılarının ən böyük ümidi yaradılması nəzərdə tutulan İttifaq Dövlətidir. “Onlar Rusiya-Ukrayna müharibəsini tənginəfəsliklə gözləyir və izləyirlər. Qarabağda deyirlər ki, Rusiya müharibədə qalib gəlsə və Qərb geri çəkilsə, 2022-ci ildə SSRİ-nin yaranmasının 100-cü ildönümündə Vladimir Putinin tarixdə Sovet İttifaqı kimi qalaraq, yeni Sovet İttifaqı yaratmağa çalışacağı daha aydın olacaq”.

Ermənilər qəzetə bildiriblər ki, yeni birliyə qoşulmaq onların xilasıdır və bu, onların Azərbaycanın “boyunduruğundan qaçmaq üçün” yeganə şansdır. “Qarabağdakı idarəçilər və siyasətçilər əmindirlər ki, Nikol Paşinyan ürəkdən bu birliyə qarşıdır və ən kiçik şansda Rusiyanı rədd edərək, Qərbə üz tutacaq. Deyilənə görə, Nikol Paşinyan özü də Rusiya-Ukrayna həllini gözləyir və dua edir ki, ruslar məğlub olsunlar. Amma əgər ruslar Ukraynada uduzsalar, Qarabağla Ermənistan bir birindən tamamilə ayrılacaq”.

Gülməli məqam odur ki, Qarabağdakı ermənilər Ukrayna müharibəsindən sonra dərhal Rusiyaya birləşmək üçün müraciət etməyi düşünürlər. “Bizim iki seçimimiz var. Birincisi, Rusiyaya birləşməkdir. Bunun üçün bütün şərtlərə razıyıq. Bu məqsədlə müraciət edəcəyik. İkincisi isə Azərbaycanın tərkibdən qalmaqdır ki, bununla heç vaxt razı olmayacağıq”.

P.S. Bu onların son ümidləridir. Həmin ümidləri isə heç vaxt reallaşmayacaq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button