AraşdırmaManşet

Qarabağdakı terrorçular Pirlər kəndindəki erməniləri silahlandırmağa başlayıb

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçılar son zamanlar aktivləşərək, Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar və müxtəlif təxribatlara əl atırlar. JAMAZ.İNFO bildirir ki, təkcə ötən həftə Qarabağdakı terror dəstəsi 50 dəfədən çox mövqelərinmizi atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bildirib ki, terrorçuların təxribat cəhdlərinin qarşısı alınıb və onlarınb mövqelərinə dəqiq zərbələr endirilib. Hadisələr isə əsasən Naxçivanlı, Pirlər, Tağavard və Qırmızı Bazar kəndləri istiqamətində yaşanır.

Qeyd edək ki, ermənilər artıq Xocalı rayonunun Pirlər kəndində yaşayan qadın və uşaqları çıxarıblar. Xocavənd rayonunun Tağavard kəndində yaşayan ermənilər isə oranı tərk etməyə başlayıblar. Qırmızı Bazar qəsəbəsində belə hallar yaşanmasa da, narazılıqlar çoxdur. Ermənilər əsasən şəraitsizlikdən və Azərbaycan tərəfi ilə toqquşmalardan bezdiklərini dilə gətirirlər.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar təxribatlarına davam edirlər. Artıq bu gündən etibarən Pirlər (Xramort) kəndində yaşayan ermənilərin silahlandırılması prosesinə start verilib. Ermənistanda yayımlanan “Hraparak” nəşrinin yaydığı xəbərə görə, Pirlərdəki ermənilər Qarabağdakı qanunsuz silahlı dəstələrin üzvləri kimi qeydiyyata alınır və həmin dəstələrlə birlikdə “döyüş mövqeləri”nə çıxırlar.

Pirlər kəndinə getmiş qondarma “deputat”lar isə bildiriblər ki, mülki əhalini silahlandırmaqda məqasədləri Azərbaycan Ordusunun hücumlarının qarşısını almaq və səngərdə əsgər çatışmazlığını aradan qaldırmaqdır. Bundan başqa, onlar Azərbaycan əsgərlərinin yerləşdiyi mövqelərlə üzbəüz yerləşən digər kəndlərin də əhalisini silahlandıracaqlarını bildiriblər.

Bildirək ki, ermənilərin bu addımı təxribatdır. Belə ki, onlar faktiki olaraq Azərbaycan ərazisində qanunsuz silahlı dəstələr yaratmaqla yanaşı, həm də Azərbaycan Ordusu üçün təhlükə yaratmağa çalışırlar. Aydın məsələdir ki, bununla bağlı terrorçulıara xəbərdarlıq edilib və bildirilib ki, əks təqdirdə güc tətbiq olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button