GündəmManşet

Qaragöldə vəziyyət necədir? – VİDEO

Qaragöl ətrafında vəziyyət stabil olaraq qalır. JAMAZ.İNFO xəbər verir ki, dövlət sərhəddimizi bərpa edən Azərbaycan Dövlət Sərhədd Xidmətinin hərbçiləri ərazidə yerləşərək, onu təmin edirlər.

Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan Ordusu sərhəddi 2 km irəli çəkib. Elə mayın 12-dən başlayan proses də bu səbəbdən gərginliyə gətirib çıxarıb. Hətta Vardenis rayonu istiqamətində dünən erməni əsgərləri Azərbaycan hərbçiləri ilə güc dili ilə danışmaq istəsələr də, insident aradan qaldırılıb. Amma bunun təkrar baş verməyəcəyinə isə heç kim təminat vermir.

JAMAZ.İNFO xəbər verir ki, bu gün bölgədəki rus sülhməramlılarının nümayəndəsi Rüstəm Muradovun vasitəçiliyi ilə sərhədd məsələsi iıə bağlı Azərbaycan və Ermənistan arasında növbəti danışıqlar baş tutmalıdır. Lakin danışıqların konkret nə ilə nəticələnəcəyi hələlik məlum deyil. Bilinən odur ki, Azərbaycan tərəfi geri çəkilmək, öz torpaqlarından çıxmaq fikrində deyil. Rəsmi Bakı bunu israrla bəyan edir və XİN-in açıqlamasından da bu aydın görünür. Erməni tərəfi də eyni mövqeyində qalır. Amma onların uzun müddət mövqelərini qoruyub, saxlayacaqları inandırıcı görünmür. Çünki ortada olan xəritəyə əsasən Qara göl və onun ətrafı, habelə ermənilərin Sünik, Vardenis  və Geqarkun rayonlarının bir hissəsi kimi təqdim etdikləri ərazilərin Birinci Qarabağ müharibəsi zamanı işğal etdikləri artıq faktdır. Həmin faktdan isə qaçmaq mümkün olmayacaq.

Prosesin müharibəyə gətirib çıxaracağı da müzakirə olunan məsələlərdəndir. Lakin indiki məqamda bunun baş verə biləcəyi inandırıcı görünmür. Çünki Ermənistanın Azərbaycanla hal hazırda müharibə aparmağa nə gücü var, nə də imkanı. Ancaq sərhəddə ara-sıra təxribatların olacağı istisna deyil.  

P.S. Xatırladaq ki, sözügedən videonu erməni tərəfi yayıb. Onlar iddia edirlər ki, Azərbaycan Ordusu dağın üstündə post qurmalıdırlar. Lakin əsgərlərimiz yamacda özlərinə mövqe seçiblər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button