AraşdırmaManşet

Qazaxın 7 kəndinin geri verilməsinə hazırlıq başlayıb: AAYDA-nın əməkdaşları bölgədə olublar?

“Yuxarı Əskipara kəndindəki 3 ev sərhədlərin demarkasiya və delmitasiyadan sonra Azərbaycan ərazisində qalacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyan özünün yazısında bildirib.

O qeyd edib ki, Azərbaycanla sərhəddə yerləşən və hazırda Yuxarı Əskipara kəndinin yaxınlığında  inşa edilmiş 3 evə bu gün Daşınmaz Əmlakın Kadastrı İradəsinin Tavuş Regional Bölməsində çıxarış verilməsindən imtina edilib. Onun sözlərinə görə, çıxarışın verilməməsinin konkret səbəbləri göstərilməyib. “Həmin üç evdən biri hazırda Rusiyada yaşayan Hrant Qriqoryana məxsusdur. Digər iki ev isə Voskepardan olan Artyom Manuçaryan və Samvel Saruxanyanındır. Onların hər üçünə Tavuş Regional Bölməsində çıxarış verilıməyib. Səbəbi də açılqlanmayıb. Görünür, həmin evlərin yerləşdiyi ərazi sərhədlər müəyyənləşəndən sonra Azərbaycana veriləcək”.

Sarkisyan bildirir ki, SSRİ xəritələrinə əsasən sözügedən evlərin tikildiyi ərazi Azərbaycan torpaqları kimi göstərilir. “Sovet xəritəsinə görə, Ermənistan-Azərbaycan sərhədi həmin dərədən keçib. Qeyd olunan 3 fərdi yaşayış evi isə Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsi olan İcevan-Noyemberyan avtomobil yolunun Kirants-Voskepar avtomobil yoluna bitişikdir”.

Bu əsnada, məlum olub ki, Qazaxın işğal altında olan kəndlərdən keçən və Ermənistanla Gürcüstanı birləşdirən avtomobil yolunun alternativinin çəkilməsi üçün hazırlıqlara başlanılıb. JAMAZ.İNFO erməni mediasına istinadən xəbər verir ki, bir neçə ay bundan əvvəl Ermənistan Avtomobil Yollar Dövlət Şirkətinin nümayəndələri əraziyə baxış keçirib və qərara alıblar ki, Yuxarı Əskipara və Bağanis Ayrım kəndlərinin içindən keçən yolların alternativini inşa etsinlər. Belə ki, yeni yol əvvəlkindən 1.5 km aralıdan keçəcək. Yeni yolun çəkilişində iştirak üçün tender elan edildiyi də bildirilir. Bundan başqa, tikintidə işləmək üçün işçi elanı da verilib.

Həmin xəbərlərə əsasən Ermənistan tərəfi sərhədlərin delmitasiya və demarkasiya prosesinə ciddi şəkildə hazırlaşır. Azərbaycan tərəfi isə Qazaxın anklav kəndlərinə yolların çəkilməsi prosesinə başlayıb. Erməni tərəfinin iddiasına görə, bu yaxınlarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir qrup əməkdaşı bölgədəki rus sülhməramlılarının müşayəti ilə həmin kəndlərdə olub. Onlar Qazaxla bu kəndləri birləşdirəcək yeni yolların haradan keçəcəyi barədə araşdırma aparıblar.

JAMAZ.İNFO xəbər verir ki, Qazaxın Ermənistan tərəfindən işğal edilmiş kəndlərinə bir neçə aydır rus sülhməramlıları yerləşdirilib. Onlar Yuxarı Əskipara kəndindəki ikimərtəbəli bir binada məskən salıblar. Onlar Azərbaycanla sərhəddlə yanaşı, həm də anklav kəndlərə çəkilmiş yolların təhlükəsizliyini də təmin edəcəklər.

Qeyd edək ki, Qazaxın 7 kəndi (Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara) 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunub. Bu kəndlərdə düşmən bir sıra qanlı qətliamlar həyata keçiriblər.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının işğal altında olan kəndlərimizdə olması və yeni yolların çəkilməsi ilə bağlı araşdırma aparmaları barədə rəsmi məlumat yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button