ManşetSosial

Qazaxın icra başçısından döyüşlərdə bir ayağını itirmiş əsgərə sayğısızlıq – FOTO

“Oğlum Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonunun icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır”. JAMAZ.İNFO xəbər verir ki, bunu İkinci Qarabağ müharibəsinin döyüşçüsü Kənan Musayevin anası Məmmədova Məhəbbət Seyfəddin qızı sosial şəbəkədə yazıb.
Döyüşçü anası bildirib ki, oğlu Musayev Kənan 08.01.2020-ci ildə hərbi xidmətə yollanıb: “03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək, deyib, bizi sola saldılar. Amma hələ bir xəbər yoxdur”.
Məsələ ilə əlaqədar olaraq Qazax rayon İcra Hakimiyyəti başçısının köməkçisi Süleyman Axundovla əlaqə saxlanılsa da, Süleyman Axundov problemi eşidər-eşitməz dəstəyi medianın üzünüzə qapadıb.
Süleyman Axundovun hörmətsizliyindən sonra İcra Hakimiyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Gülaya Həsənovaya zəng etdik. Gülaya Həsənov isə  hər zəngimizdə “Mən sizi eşitmirəm” deməklə kifayətləndi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button