ManşetÖlkə içi

İran parlamentinin deputatı: “Mehri-Aqarak yolunda postların qurması Zəngəzur Dəhlizinin işə salınmasının birinci mərhələsidir”

Məlum olduğu kimi, avqustun 8-dən etibarən Ermənistanın Mehri və Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlamağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Mehri icmasının rəhbəri Baqrat Zakaryan Mehri-Aqarak yolunda modul yoxlama məntəqələri 9 aydır quraşdırılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Departamentindən isə bildiriblər ki, bu yoxlanışlara səbəb İrandan son zamanlar külli miqdarda narkotik maddələrin keçməsini önləməkdir.

Qeyd edək ki, Ermənistanda bu məsələ birmənalı qarşılanmayıb. Onlar rusların belə bir addım atmasının Ermənistana təzyiq etmək niyyəti güddüyünü iddia edirlər. Lakin təkcə, Ermənistanda deyil, xaricdə yaşayan ermənilər də o fikirdədilər ki, rusların hərəkəti birbaşa Zəngəzur Dəhlizinin açılması üçün atılmış addımdır.

İran parlamentində təmsil olunan erməni əsilli deputat Robert Beqlaryan deyib ki, Rusiya FTX-nin Mehri-Agarak yolunda axtarış və yoxlanışlar aparmasında narkotiklərə istinad etməsi daha çox bəhanə kimi görünür. O, 44 günlük müharibədən sonra İranın yüksək rütbəli rəsmiləri ilə görüşdüyünü və Azərbaycanın Ermənistanın Sünik bölgəsindən keçməklə Naxçıvana və geriyə yol ala biləcəyi sualına cavab almaq istəyib. “Mənə dedilər ki, Rusiya əsgərlərinin müşayəti ilə Azərbaycan karvanları Naxçıvana və geriyə gedib-gələcəklər. Ona görə də, mənə elə gəlir ki, bütün bunlar məhz həmin razılaşmaların həyata keçirilməsində yeni mərhələdir. Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button