ManşetÖlkə içi

Rus əsgərləri Xerson bazarında azərbaycanlıları girov götürdü: İşgəncə verib 100 min dollarlarını alıblar

Rusiyanın işğalçı ordusu Xersonda azərbaycanlılara qarşı qəddarlığa imza atıblar. JAMAZ.İNFO “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, Xersonun məşhur və nəhəng “Kopani” bazarında çalışan azərbaycanlılar rus əsgərləri tərəfindən əvvəlcə girov götürülüb, daha sonra isə onlara işgəncə veriblər. “Rus əsgərləri 2 gün əvvəl bu bazara basqın edərək ordakı azərbaycanlıları ayırıblar  və onlara işgəncə verməyə başlayıblar. 6 saat ərzində üzü üstə yerdə saxlanılan azərbaycanlı ticarətçilərdən rus əsgərləri döyə- döyə 100 min dollara qədər pul aldıqdan sonra çıxıb gediblər. Ruslar azərbaycanlı ticarətçilərə: “Ukraynaya ərzaq yardımı göstərməyin cəzasıdır” deyiblər”.

Qənimət Zahid bildirir ki, Ukraynadakı azərbaycanlılar olduqları bütün şəhərlərdə orduya və mülki əhaliyə təmənnasız ərzaq dağıdırlar və bu, rusları bərk qəzəbləndirib.

Xatırladaq ki, Xersondakı “Kopani” bazarı bütün Ukraynanı meyvə- tərəvəzlə təmin edən ikinci ın böyük ticarət mərkəzidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button