ManşetSiyasət

Rus jurnalist: “Rusiya Türkiyə və Azərbaycanı pomidorla qorxudur”

Xəbər verildiyi kimi, Rusiya ötən günlərdə Azərbaycan, Türkiyə, Özbəkistan və Ermənistandan pomidor, tomat və alma alınmasını qadağan edib. JAMAZ.İNFO xəbər verir ki, Kreml hökuməti bu addımı həmin məhsullarda hansısa zərərli həşəratın tapılması ilə izah edib. Lakin adları çəkilən ölkələrdə məsələni fərqli qəbul edirlər və bunun həşaratlarla heç bir əlaqəsi olmadığını deyirlər. Daha doğrusu, əksəriyyət Rusiyanın əsas məqasədinin adı çəkilən ölkələrə təzyiq etmək olduğunu düşünürlər.

Bir müddət əvvəl Qarabağdan dönən rus jurnalist Timofey Yermakov “Svabodnaya Pressa” qəzetinə verdiyi açıqlamasında Kreml hökumətinin son qərarının başa düşülmədiyini qeyd edib. O bildirib ki, rəsmi Moskva Türkiyə və Azərbaycana hansı yolla təzyiq edəcəyini müəyyən edə bilmir. “Bizim dəqiq kəşfiyyat məlumatımız yoxdur. Əgər varsa, bu üst-üstə düşən haldır. Yox, məlumatımız yoxdursa, burada gülməli heç nə yoxdur. Türkiyədə bizim səfirimiz güllələndi, ardından təyyarəmiz vuruldu və bir pilotumuz öldü. Rusiya isə bunun ardından Türkiyədən pomidor almaqdan imtina etdi. Daha sonra, Azərbaycan tərəfi bizim helikopterimizi vurdu, iki pilotumuz öldü, biz yenə də pomidor almaqdan imtina edirik. Biz özümüz üçün müəyyən etməluyik: Rrusiya imperiyadır, yoxsa ticarət firması? Hazırda biz özümüzü ticarət firması kimi aparırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button