ManşetSiyasət

Rus səfir “İsgəndər” məsələsinə cavab verməkdən boyun qaçırdı

Ermənistanın Qarabağ savaşında Azərbaycan ərazilərinə “İsgəndər-M” raketləri ilə zərbə endirməsi artıq təsdiqini tapıb. JAMAZ.İNFO xəbər verir ki, ilk dəfə bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan danışıb.

O deyib ki, Qarabağ savaşında “İsgəndər” raketlərindən istifadə ediblər. Lakin həmin raketlərin heç 10 faizi partlamayıb. Bbu açıqlamanın ardından Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə bəyan edib ki, “İsgəndər” raketindən Qarabağda gec istifadə olunub.

Bildirək ki, ANAMA Şuşa şəhərində “İsgəndər” raketinin qalıqlarını aşkarlayıb. Rəsmi məlumata görə, aşkarlanan raket Ermənistana satılmış “İsgəndər” raketlərindən deyil və markaca fərqləri var. Belə ki, Şuşada ordumuza qarşı istifadə olunan “İsgəndər”lər “M” markalı olub ki, bu da yalnız Rusiyada var. Yəni, bu raket növü heç bir ölkəyə satılmayıb. Bəs, belə olan təqdirdə, Ermənistan “İsgəndər M” raketini haradan əldə edib?

Rusiyanın bununla bağlı aydın heç bir açıqlaması yoxdur. Yyalnız yerli ekspertlərin dilindən səsələndirilən bir neçə fikir var ki, onlar da reallığı əks etdirmir. Məsələn, Rusiyalı ekspertlər iddia edirlər ki, guya, həmin raketlər gizli şəkildə erməni diasporuna satılıb. Ki, bu yalandır və izi azdırmaq məqsədi daşıyır. Və ya Ermənistana verilmiş “İsgəndər” raketlərinin hazırda istifadəyə yararlı halda, tam sayda Gümrüdəki hərbi bazada olduğu vurğulanır. Lakin bunların heç biri real deyil. Ən azından ortada ciddi bir fakt var. Fakt odur ki, Ermənistan həmin raketlərdən Azərbaycana qarşı istifadə edib. Yenə eyni sual meydana çıxır: Ermənistanda “İsgəndər-M” raketləri hardandır? Rusiya bu silahı ermənilərə niyə verib? Və bütün bu sualların fonunda tək hədəf Rusiya görsənir ki, bu da reallıqdır.

JAMAZ.İNFO xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu gün yerli mediaya açıqlamasında Qarabağda “İsgəndər” raketlərindən istifadə olunması ilə bağlı suala cavab verməkdən yayınıb. O deyib ki, Rusiya belə ittihamlara adət edib. “Rusiya belə ittihamları eşitməyə adət edib. Mən Rusiyanın Gümrüdəki hərbi bazasından verilən açıqlamaya əlavə etmək istəmirəm. Onlar nə deyibsə, odur. İttihamlar müxtəlif ola bilər. Biz artıq adət etmişik. Ki, bir çox siyasi dairələr ittiham etmədən dayana bilmirlər. Lakin ortada rəsmi mövqe var. Həmin mövqe də dəqiqdir”.

Qeyd edək ki, Kopırkinin bu açıqlaması da söhbətdən boyun qaçıqmaqdır. Çünki bir səfir olaraq onun məsələyə aydınlıq gətirməsi şərt idi. Lakin qeyri-müəyyən, məsələyə bəzən dəxli olmayan sözlərlə mövzudan kənarda dayanmağa çalışıb. Və bu da bütün şübhələrin Rusiyanın üzərinə yönəlməsinə növbəti dəfə imkan verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button