ManşetÖlkə içi

Rusiya Azərbaycanın 3 “MiQ-29” təyyarəsini vurub?

Xəbər verildiyi kimi, dünən Rusiya Ukraynanın “Ukroboronprom” hərbi-sənaye şirkətinə məxsus Lvov Aviasiya Təmiri Zavodunu raketlə vurub. JAMAZ.İNFO xəbər verir ki, Türkiyədə nəşr olunan “Yeni Akit” qəzeti bununla bağlı iddia ilə çıxış edib.

Qəzetin iddiasına görə, həmin zavodda Azərbaycandan təmir üçün göndərilmiş 3 ədəd “MiQ-29” döyüş təyyarəsi də olub. “Yeni Akit”in yazdığına görə, raket zərbəsi nəticəsində təmir üçün Lvovda olan döyüş təyyarələrimiz də sıradan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi hərbi texnika və qırıcıların təmirlərini Rusiya və Ukraynada həyata keçirdiyi gizli məsələ deyil. Lakin hal hazırda Azərbaycan Hava Qüvvələrinə məxsus 3 ədəd qırıcı təyyarənin Ukraynada təmirdə olub, olmadığı bəlli deyil. “Yeni Akit” qəzetinin iddiası ilə bağlı Azərbaycan tərəfi açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button