GündəmManşet

Rusiya Ermənistandakı hərbi bazasını Ukraynaya göndərir

Ukraynanı işğal prosesinə başlayan Rusiya xeyli itki verməklə yanaşı, təminat və əlavə qüvvə məsələsində çətinlik çəkməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ukraynda yanacaq və ərzaq təminatında yaranmış böhranlı vəziyyət çoxlu sayda rus əsgərinin əsir düşməsinə də səbəb olub. 

Artıq bir neçə gündür, Rusiya tərəfinin Belarusiya, Dnestryanıdakı qoşunlarının bir hissəsini Ukraynaya dislokasiya etməyə başladığına dair xəbərlər yayılıb. Bu gün isə məlum olub ki, Rusiya Müdafiə Nazirliyi təkcə qeyd olunan ölkələrlə kifayətlənməyib. JAMAZ.İNFO erməni mənbələrinə istinadən xəbər verir ki, Kremlin təlimatına əsasən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir hissəsinin Ukraynaya köçürülməsi üçün hazırlıqlara başlanılıb. Həmin məlumata görə, bu barədə baza rəhbərliyinə iki gün əvvəl rəsmi əmr gəlib. Dünəndənb isə Gümrüdə yerləşən bazada hərəkətlilik müşahidə olunur.

Qeyd edək ki, məsələdən xəbər tutan bir qrup erməni bununla bağlı hay-həşir salmağa başlayıb. Onlar İrəvanın mərkəzində aksiya keçirərək, rus ordusunun Ermənistanı tərk etməsinə etiraz ediblər. Onlardan biri olan  Ermənistan Sovet Zabitləri Biriliyinin üzvləri Rusiya səfirliyi önünə toplaşaraq, Ukrayna məsələsində Moskvanı dəstəklədiklərini, Ukraynada “faşistlərin təmizlənməsi” prosesinə hazır olduqlarını bəyan etməklə yanaşı, rus hərbi bazasının ölkədən çıxarılmasına da etirazlarını bildiriblər. “Rusiya hərbi bazasının çıxarılması Ermənistanın dövlət olaraq, məhv olması deməkdir”.

Qeyd edək ki, Ermənistan rəsmi qurumları bu barədə yayılmış xəbərləri nə təsdiq, nə də təkzib etmirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button