GündəmManşet

Rusiya mediası: “Ermənilər ehtiyac və şəraitsizlik üzündən Qarabağı tərk edirlər”

Qarabağda yaşayan ermənilər ehtiyac və şəraitsizlik üzündən yaşadıqları yerləri tərk edirlər. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Rusiya mediası yayıb.

Həmin məlumatda deyilir ki, müharibədən sonra bir çox ermənilər evsiz qalıblar. Bundan başqa, onlar işsizlik və kasıblıqdan da ciddi əziyyət çəkirlər. “Yerli admnistrasiya və rus sülhməramlıların əhaliyə verdiyi yardımlar yetərli deyil. Yüzlərlə ailə tövlə kimi yerlərdə yaşayır. Bəziləri çox baha qiymətə ev kirayə eləməyə nail olub. Lakin həmin evlərin də şəraiti normal deyil”.

Rus mətbuatı yazır ki, Qarabağ erməniləri üzləşdikləri durumla yanaşı, bahaçılıqdan da ciddi şəkildə şikayətçidirlər. Onlar deyirlər ki, müharibədən əvvəl hər şey normal idi və marketlərdən hər şey almaq olurdu. “İndi isə adi qarabaşaq, düyünü belə tapanda sevinirik. Onu da o qədər baha satırlar ki, hamının imkanı yoxdur alsın. Ermənistandan gətirilən kolbasanın qiyməti belə əl yandırır. Bizə verilən qəpik-quruşla bir ay dolana biləmək mümkün deyil”.

Ermənilərin bir çox imkan tapdıqları təqdirdə, Qarabağı tərk edəcəklərini deyirlər. Onların sözlərinə görə, əgər əvəllər Ermənistana köçüb, orada özlərinə şərait qura bilirdilərsə, artıq o imkan da qalmayıb. “Ermənistanın başı özünə qarışıb. İndi orda da vəziyyət yaxşı deyil. Yəqin ki, Rusiyaya çıxıb, gedəcəyik. Rusiyaya getmək üçün isə pul lazımdır”.

Ermənilər jurnalistlərlə söhbətlərində kəndlərdə vəziyyətin daha acınacaqlı olduğunu deyirlər. Onlar bildirirlər ki, müharibədən sonra bir çox infrastruktur sıradan çıxıb. Üstəlik, insanlar daha əvvəlki kimi heyvandarlıqla və əkinçiliklə məşğul ola bilmir. “Hamı baş verənlərdən şoka düşüb. Heç kim müharibənin belə nəticələnəcəyini gözləmirdi. İndi hamının əli işdən soyuyub. Əkib-becərmək üçün lazım olan texnika da yoxdur. Meyvə bağı olanlar özlərini birtəhər dolandırırlar. O da müvəqqətidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button