CəmiyyətManşet

Ruslar ermənilərin itkiləri ilə bağlı yalanını üzə çıxardı

Ötən gün Ermənistan tərəfi Qarabağ müharibəsi zamanı 3439 əsgər itirdiyini açıqlamışdı. JAMAZ.İNFO xəbər verir ki, İrəvan rəsmiləri bildirirdilər ki, Azərbaycan ərazilərində ölən erməni əsgərlərinin axtarışları davam edir. Lakin onlar iddia edirdilər ki, itkilərinin sayı 4000 nəfəri keçməyəcək.

Bu gün isə Qarabağda yerləşmiş Rusiya Sülhməramlı kontingentin qərargahının yaydığı məlumat ermənilərin itkilərlə bağlı yalan danışdığını üzə çıxarıb. Belə ki, qərargahın “qaynar xətti”nə indiyə qədər itkin düşən əsgərlərlə bağlı 2320 müraciət daxil olub. Müraciətlərin 575-i telefonla, yerdə qalanı isə Qərargaha birbaşa müraciət edilib. Həmin şəxslər 44 günlük müharibədə yaxınlarının itkin düşdüyünü və onların tapılmasında köməklik göstərilməsini xahiş ediblər.

JAMAZ.İNFO xəbər verir ki, açıqlanan bu rəqəmlərlə Ermənistanın dedikləri arasında ziddiyyət var. Görünən odur ki, erməni tərəfinin itkilərinin sayı daha çoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button