GündəmManşet

Ruslar Qarabağda iki postu ləğv etdilər: Sos istiqamətindən başqa yerə köçürüblər

Qarabağdakı rus sülhməramlıları Xocavənd rayonunun Sos kəndi yaxınlığındakı iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək, postlarını başqa yerə köçürüblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumata görə, sözügedən postlar kəndlərarası yolların üzərində olub. Qəzet yazır ki, ruslar həmin istiqamətdə post saxlamağı əhəmiyyətsiz hesab edərək, ərazini tərk ediblər.

Qeyd edək ki, Xocavənd rayonunun Sos kəndi 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Həmin kəndin yuxarı hissəsində isə müharibədən sonra rus sülhməramlılarının postları qurulub. İndi isə rusların həmin ərazini tərk etmələrinin konkret səbəbləri məlum deyil. Hətta Xankəndidəki ermənilər belə bu məsələyə dəqiq aydınlıq gətirə bilmirlər. Onlar həmin postlarda artıq qanunsuz silahlı dəstələrin üzvlərinin dayandığını deməklə kifayətlənirlər.

Rəsmi Bakının da bununla bağlı hər hansı bir açıqlaması yoxdur. Elə rus sülhməramlıların da hər hansı açıqlama vermək fikrində olmadıqlarını bəyan ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button