Manşet

Səfər Mehdiyev gömrük orqanlarında narkoman axtarır

Dövlət Gömrük Komitəsində (DGK) narazılıq yaranıb. Bu barədə JAMAZ.info-ya daxil olan məlumatda iddia edilir ki, narazılığın kökündə işçilərin narkoloji müayinəsi dayanır.

Məsələ burasındadır ki, işçilər müayinə üçün fərdi qaydada narkoloji dispanserə göndərilir. İşçilər isə bunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” ilə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə ziddi hesab edirlər. Eyni zamanda onların DGK sədri Səfər Mehdiyevin bu göstərişini konstitusion hüquqların pozulması kimi qiymətləndirir.

İddialara görə, bu işdən çıxarılmaq üçün bir bəhanədir. Halbuki, bu halda işçilər şəhadətləndirilməyə göndərilməlidir. Amma bu baş vermir. Əvəzində fərdi qaydada narkoloji müayinə aparılır ki, işçilər bunu özlərinə təhqir hesab edirlər.

JAMAZ.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button