GündəmManşet

Sərhəddin Sisyan istiqamətində də atışma olub?

Ermənistan teleqram-kanalları bu gün Azərbaycan Ordusunun guya, Sisyan istiqamətində atəş açdığı, bir neçə erməni hərbçisinin yaralandığı barədə məlumat yayıblar. JAMAZ.İNFO xəbər verir ki, məlumatın mənbəyi Sisyan icmasının rəhbəri Ani Simonyandır.

O bildirib ki, guya, Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralananlar var. Simonyan deyib ki, hazırda bölgədəki kəndlərin admnistrasiyalarında çalışan kişi işçilər könüllü yaılaraq, hərbi postlara gediblər.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə yayılan məlumatı təkzib edib. “Sisyan rayonu istiqamətində Azərbaycan tərəfindən atəş açılması və yaralananların olması barədə məlumat həqiqəti əks etdirmir. Ümumiyyətlə, həmin istiqamətdə hər hansı bir insident qeydə alınmayıb”.

Xatırladaq ki, bu gün günorta saatlarında Ermənistanın Gegarkunk rayonu istiqamətindəki sərhəddimizdə atışma olduğu və erməni əsgərinin öldüyü barədə xəbər yayılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button