İqtisadiyyatManşet

Sabiq nazirlə keçmiş deputat Panamadakı şirkətlərini bağladı – FOTO

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

O, Panama mənbələrinə istinadən bildirib ki, RİMBA S.A.-nın statusu “vigente”dən (aktiv) ‘suspendido”ya keçib, yəni ləğv edilib.

Həsənli qeyd edir ki, şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, bir qədər sonra 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub. “Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirib, bir neçə yaxın adamı həbs edilib, özü isə vəzifəsindən azad edilmişdi. Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi. Görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button