ManşetÖlkə içi

Sahil Babayevin keçmiş işçisi İngiltərədə 3 milyon manata qəsr alıb

Son dövrlər ən çox tənqid olunan dövlət qurumlarından biri, daha dəqiq desək, birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. JAMAZ.İNFO xəbər verir ki, nazirlik əksər sosial məsələlərin həllində, habelə uşaqpulu məsələsindən Qazilərin problemlərini ləngitməyə qədər hər şeydə ittiham olunur.

Hərçənd sözügedən dövlət qurumu bu ittihamları qəbul etmir. Xüsusən də 211 min insanın pensiyasının kəsilməsində də haqlı olduğunu bəyan edir. Lakin tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli ən çox tənqid olunan nazirliklə bağlı maraqlı bir məlumat yayıb.

JAMAZ.İNFO xəbər verir ki, məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinə 2016-2020-ci illərdə rəhbərlik etmiş keçmiş müdiri Elnur Həmid oğlu Süleymanovla bağlıdır. Araşdırmaçı jurnalist bildirir ki, sözügedən şəxs İngiltərədə yaşı 350 il olan qəsr alıb. Bunun üçün isə 1.4 milyon funt-sterlinq və ya 3 milyon manat pul xərcləyib.

Həsənlinin bildirdiyinə görə, həmin qsər hazırda hotel kimi istifadə olunur. Və sözügedən hotel isə Elnur Süleymanovun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Zarema Ömərovna Əfəndiyevanın adına rəsmiləşdirilib.

P.S. Təsəvvür edin ki, nazirliyin bir şöbəsinin müdiri cəmi 4 ilə İingiltərədə qəsr ala bilirsə, həmin nazirliyin başında oturan şəxsin 4 ildə nələrə sahiblənə biləcəyini təsəvvür etmək çətin deyil. Amma danışanda, “ƏƏSMN-də rüşvət və korrupsiya yoxdur” deyib, haray çəkirlər. Bəlkə Elnur Süleymanov İngiltərədəki qəsri öz halal əməkhaqqısı ilə alıb da, bizim xəbərimiz yoxdur?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button