ManşetSiyasət

Separatçılar niyə əl-ayağa düşüblər?

Yanvarın 10-da Qarabağda erməni tərəfinin təxribata əl atması və ardından separatçıların aktiv təbliğata başlayaraq, günahı Azərbaycan tərəfinin üzərinə yıxma cəhdləri yeni prosesin təzahürüdür. JAMAZ.İNFO xəbər verir ki, Qırmızı Bazar qəsəbəsi, Tağavard kəndi və Naxçivanik kəndləri istiqamətində mövqelərimizi atəşə tutan düşmən, bununla güc nümayişinə çalışıb.

Qeyd edək ki, hadisələrin bu şəkildə cərəyan edəcəyi istisna edilmirdi. Çünki Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Qarabağdakı separatçılar nəinki tərəf kimi qəbul edilirdi, heç tərəf olaraq sayılmırdı da. Belə olan təqdirdə, Xankəndidə mənzillənmiş separatçılar “biz də varıq” demək üçün təxribatlara əl atacaqdılar. Artıq onun ilkin təzahürləri diqqəti çəkir. Üç istiqamətdə baş verən təxribatların isə yekun olacağı inandırıcı deyil. Əksinə, belə hallar yaza doğru daha da intensiv şəkil alacaq.

JAMAZ.İNFO xəbər verir ki, erməni separatçılar baş verənlərini məsuliyyətini Azərbaycan tərəfinin üzərinə atmaq üçün aktiv fəaliyyətə başlayıblar. Bütün dünya dövlətlərinə “ay aman, türklər bizi məhv edir” tipli sarsaq müraciətlər göndərir, hadisəni “Azərbaycan erməniləri Qarabağdan çıxarmağa çalışır” kimi açıqlamalarla özlərini “məzlum” göstərməyə cəhd edirlər. Hətta dünən Qarabağda özünü “xarici işlər naziriliyi” olaraq təqdim edən, qondarma qurumun nümayəndələri bəyanat veriblər ki, guya, atəşkəsin pozulması rus sülhməramlılarının fəaliyyətinə “kölgə” salmaq, erməniləri “qorxutmaq” və ermənilərin Qarabağdan getməsini reallaşdırmaq üçün törədilib. Halbuki həmin təxribatların Azərbaycanın deyil, məhz separatçılar tərəfindən törədildiyi gün kimi aydındır. Həmin qondarma qurum da bildirib ki, onlar Azərbaycan daxilində hər hansı bir status istəmirlər. “Azərbaycan daxilində hər hansı status qətiyyən qəbuledilməzdir. Biz bundan sonra da möhkəmlənəcəyik”.

Ümumilikdə götürdükdə, Qarabağdakı separatçıların rəyini nəzərə alan yoxdur. Azərbaycan bəyan edib ki, Qarabağ münaqişəsi bitib və bu barədə hər hansı bir müzakirə olmayacaq. Ermənistan tərəfi də zaman-zaman Xankəndidəki “quyruqlarını” çəkməkdədirlər. Onlar separatçıların nəinki rəyini nəzərə alır, onları müdafiə etmək məsələsində də dilucu vasitələrdən yararlanırlar. İndi həmin quldur dəstəsi “biz Azərbaycanın tərkibində qalmaq istəmirik” deməklə, sanki özlərini tərəf kimi göstərməyə çalışırlar. Daha anlamırlar ki, onların ağzı ilə qatıq ölçən yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button