ManşetÖlkə içi

Separatçılar Qarabağda 100 yeraltı bunker tikmək istəyirmişlər

Qarabağdakı separatçılar müharibədən əvvəl 100 istehkam tikmək istəyirmişlər. Lakin müharibə onların planlarını həyata keçirməyə imkan verməyib. JAMAZ.İNFO xəbər verir ki, bunu separatçıların rəhbəri Araik Hharutyunyan deyib.

O bildirib ki, müharibədən öncə yeraltı bunkerlər və müdafiə qalaları inşa etməyi planlaşdırıblar. “Belə bunkerlərin sayı 100 olmalı idi. Biz bilirdik ki, müharibə qaçılmazdır. Ona görə, hazırlıq görməyə başlamışdıq. Lakin müharibə həmin bunkerlərin inşasına imkan vermədi”.

Harutyunyan deyib ki, müharibədən əvvəl həmin bunkerlərdən 17-nin inşasına start verilsə də, sentyabrın 28-nə kimi, onlardan yalnız biri hazır olub. “Həmin bunker sayəsində yüzələrlə erməni əsgəri ölümdən xilas olmağı bacardı. Təəssüf ki, müharibə tez başladı. Əgər 6 ay gec başlasaydı, itkilərimiz çox az olacaqdı”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button