CəmiyyətManşet

Separatçıların meydandan asılımış əski parçası zibil yeşiyindən tapıldı: “Bunu Azərbaycan kəşfiyyatı edib”- ermənilər panikada

Ermənistan müxalifəti bir neçə gündür ölkələrində Qqarabağla bağlı daha bir “kampaniya”ya başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu “kampaniya” Qarabağın təhlükəsizliyinin təmin olunması və onun “müstəqilliyinin tanınması”nı ehtiva edir.

Erməni müxalifətinin Brüssel görüşü ərəfəsində belə bir “kampaniyaya” start verməsi səbəbsiz deyil və birmənalı qarşılanmır. Çünki Rusiyanın nəzarətində olan erməni siyasi partiyalarının bununla Kremlin tapşırıqlarını yerinə yetirdikləri deyilir. Üstəlik, aprelin 5-də İrəvanda keçirilən aksiyadan öncə həmin təşkilatlar Rusiyanın Ermənistandakı səfiri ilə də görüş keçiriblər.

Erməni müxalifəti həmin “kampaniya” çərçivəsində qondarma “dqr”in əski parçasını da müxtəlif şəhərlərdə asmağa start veriblər. İlk belə hərəkət Artaşad şəhərində qeydə alınıb. Daşnaksütun Partiyası əski parçasını şəhərin mərkəzi meydanında asdıqdan sonra bunu bütün Ermənistanda reallaşdıracaqlarını bəyan edib. Amma ilk cəhd uğursuz olub. Daha doğrusu, Artaşadda vəziyyət qarışıb.

JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəhərdə asılmış əski parçası bir gün sonra yoxa çıxıb. Daşnaklar bununla bağlı əvvəlcə yerli hakimiyyətdən şübhələniblər və dərhal yerli polisə məlumat veriblər. Lakin nə Artaşad rəsmiləri, nə də yerli polis əski parçasını götürmədiklərini bildiriblər.

Bundan sonra, şəhərdə panika başlayıb. Daha doğrusu, Daşnaksütun Partiyasının yerli rəhbərliyi əski parçasının tapılması üçün axtarışlara başlayıb. Bir qədər  sonra həmin əski parçası şəhərin kənarındakı zibil yeşiklərindən birində tapılıb. Eelə mərəkə də bundan sonra qopub.

Qısa müddətdən sonra daşnaklar iddia ediblər ki, guya, sözügedən əski parçasını dirəkdən endirib, zibil yeşiyinə atanlar Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları olublar. Partiyanın Ararat Regional Komitəsinin nümayəndəsi Gerasim Vardanyan mətbuata açıqlamasında deyib ki, onların buna qəti şübhələri yoxdur. Bunun ardından Vardanyan hamını şəhərin mərkəzinə dəvət edib, amma bunun faydası olmayıb. Çünki heç kim onun çağırışına məhəl qoymayıb.

Şəhərdə isə sözün həqiqi mənasında panika yaşanır. Artaşadda hamı Azərbaycan kəşfiyyatçılarının şəhərdə olduğu, hər yerə nəzarət etdikləri barədə xəbərlər yayılıb. Elə bu səbəbdəndir ki, şəhərdə dükana, bazaar, parka gedənlər şübhə ilə bir-birlərinə baxırlar.

Rəsmi qurumlar isə yaşanan panikanın qarşısını almaq üçün açıqlama yayaraq, buna gərək olmadığını, şəhərdə heç bir Azərbaycan kəşfiyyatının olmadığını, əski parçasının çıxarılması və zibil yeşiyinə atılmasının müxalifətin təxribatı olduğunu bəyan ediblər. Lakin bu açıqlamanın da faydası olmayıb və Artaşadda gərginlik hələ də davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button