GündəmManşet

Separatçılarla İrəvan hakimiyyəti arasında narazılıq: “Paşinyanın Qarabağa gəlməsinə icazə verməyəcəm”

Qarabağdakı separatçılarla Ermənistan rəhbərliyi arasında yaranmış narazılıq daha sərt şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə mənzillənmiş terrorçular İrəvanın onların istəklərini yerinə yetirmədiyini, lazımı dəstək vermədiyini, habelə beynəlxalq aləmdə onlar üçün zəruri addımlar atmadığını dilə gətirirlər.

İndiyə qədər qapalı müstəvidə baş qaldırmış tərəflər arasındakı narazılıq artıq üzə çıxmağa başlayıb. Xüsusən də separatçıların rəhbəri Arayik Harutyunyan bunu erməni ziyalıları ilə söhbətdə dilə gətirir. JAMAZ.İNFO xəbər verir ki, Harutyunyan ötən gün Xankəndidə bir qrup İrəvandan gəlmiş ziyalılarla görüşdə bildirib ki, o, Nikol Paşinyanın Qarabağa səfər etməsinə icazə verməyəcək. “Mən Nikolun Artsaxa gəlməsinə icazə verməyəcəyəm. Amma Qukasyan, Saakyan və digərləri gələrsə, onlarla görüşməyə hazıram. Bir şərtlə ki, hansısa restoranda deyil, mənim otağımda”.

Xatırladaq ki, bir qədər əvvəl separatçıların əsas nümayəndələri olan Arkadi Qukasyan və Bako Saakyan Xankəndinə gedərək, orada Arayiklə görüşmək istəyiblər. Təklifləri bu olub ki, görüş restoranlardan birində reallaşsın. Lakin Harutyunyan bu təklifi qəbul etməyib. O deyib ki, görüş yalnız onların otaqlarında ola bilər.

İndi isə Arayiklə Nikolun arasında yaşayan bu gərginliyin konkret səbəbləri bilnmir. Bəzi erməni mənbələri yazır ki, narazılığa səbəb Nikol Paşinyanın Arayik Harutyunyana verdiyi vədlərə əməl etməməsidir. Həmin vədlər isə 44 günlük müharibədən sonraya aiddir.

Digər bir qism isə hesab edir ki, Arayik Harutyunyan Nikol Paşinyanın Qarabağa səfər etməməsini ört-basdır etmək üçün özünü qabağa verib. Məsələn, “Hraparak” nəşri yazır ki, Harutyunyan “Matrosov” kimi, “sinəsini” qabağa verərək, Paşinyanı qorumaqla məşğuldur. “Ermənistanda hamı bilir ki, Nikol Paşinyanın Qarabağa səfər etməməsi, daha dəqiqi, səfər edə bilməməsi nə ilə bağlıdır. Bəllidir ki, bu, İlham Əliyevin tələbidir və o, Paşinyana Xankəndinə getməyə qadağa qoyub. Arayik Harutyunyan isə “Matrosov” kimi sinəsini qabağa verərək,  onu qorumaqla məşğuldur”.

Bu məsələdə diqqət çəkən bir məqam daha var. Harutyunyanın məhz indi dilə gəlməsi və Paşinyanın Qarabağa gəlməsinə qadağa qoyması daha çox bizneslə bağlıdır. Güman ki, Ermənistanın baş naziri Xankəndidəki separatçıya müharibədən sonra itirdiyi biznesi bərpa etmək imkanı yaradacağını vəd edib. Çünki Harutyunyanı həmişə biznes maraqlandırıb, müharibəyə qədər onun Qarabağda dəyəri milyonlarla dollar olan biznesinin olduğunu gizlədən də yoxdur. Görünür, Paşinyan bu vədinə əməl etməyib və nəticədə aralarında narazılıq yaranıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button