DünyaManşet

Simoniyandan qalmaqallı açıqlama: “Ağrı dağı və Qars Rusiyaya qaytarılmalıdır”

“Sputnik” Xəbər Agentliyinin rəhbəri Marqarita Simonyan “Rossiya 1” telekanalaına verdiyi açıqlaması qalmaqala səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, erməni jurnalist müsahibəsində Türkiyənin ərazilərinin alınaraq, Rusiyaya verilməsini “vacib” hesab edib.

Belə ki, Simonyan müsahibəısində deyib ki, Ağrı dağı və Qars vilayəti Rusiyaya “qaytarılmalıdır”. O, bu məsələdə “tarixi fakt”lara “əsaslanıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə müzkirələrə səbəb olan bu açıqlamaya türlklər reaksiya verərək, Simonyanın sözlərini “həyasızlıq” adlandırıblar.

Bildirək ki, Ağrı dağı və Qarsın Rusiyaya verilməsi məsələsi yeni söhbət deyil. Bəzi rus tarixçiləri də hesab edirlər ki, guya, həmin torpaqlar Moskvaya məxsus olub. Onların “arqument”lərinə görə, artıq Qars müqaviləsi bitib və həmin torpaqlar geri qaytarılmalıdır.

Onu da vurğulayaq ki, ermənilər əllərinə fürtsət düşdükcə, torpaq iddiaları ilə çıxış edirlər. Onların harada yaşamasının isə məsələyə heç bir aidiyyatı yoxdur. Elə Simonyan kimi…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button