AraşdırmaManşet

SOCAR-ın vitse-prezidentinin 18 milyon manatlıq villası: Braziliya mərməri, ispan metlaxı, italyan dizaynı

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov Bakının mərkəzində özünə 4 mərtəbəli villa tikdirib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumat verən mənbə bildirib ki, həmin villanın tikintisi və təmiri SOCAR-ın “qara qutu”suna 18 milyon manata başa gəlib.

Məlumatda qeyd edilir ki, həmin villanın təmirində əsasən xaricdən gətirilən bahalı inşaat materiallarından istifadə olunub. Belə ki, villanın pilləkənlərinə bir kvadrat metri 800 dollar olan Braziliya mərməri, döşəmələrdə İspaniyadan gətirilmiş və qiyməti hər kvadrat metr üçün 450 avro olan metlaxdan istifadə olunub. Hamam dəstləri, su filtirləri, habelə digər materiallar da İtaliya, Fransa və digər Avropa ölkələrində istehsal olunmuş mallar olublar ki, onların da olduqca bahalı olduğu deyilir.

Mikayıl İsmayılov ənənəvi olaraq bütün villalarında olduğu kimi, Bakının mərkəzindəki malikanəsini də mühafizəsiz buraxmayıb. O, özəl mühafizə şirkətlərindən biri ilə müqavilə bağlayaraq, onların əməkdaşlarını həmin villanın mühafizəsinə cəlb edib.

JAMAZ.İNFO-ya daxil olan məlumatda o da qeyd edilir ki, sözegedən villa və şəhərin daha bir neçə yerində inşa edilmiş mülklər Mikayıl İsmayılovun həyat yoldaşının adına rəsmiləşdirilib. Bundan başqa, Pirallahı qəsəbəsindəki dəyəri 9 milyon manat olduğu iddia edilən villasının isə gənc oğlu Orxanın adına rəsmiləşdirildiyi bildirilir. Qeyd edək ki, Pirallahı qəsəbəsindəki malikanənin ümumi ərazisi 1 hektardan çoxdur. Mülkin bir hissəsinin istifadəsiz qalmasını istəməyən İsmayılov, həmin ərazini istirahət mərkəzinə çevirib.

Xatırladaq ki, Mikayıl İsmayılov SOCAR-da ən varlı fiqurlardan biri hesab olunur. Onun təkcə, Azərbaycanda deyil, xaricdə də böyük biznesi və mülklərinin olduğu istisna edilmir. Çünki İsmayılov uzun illərdir SOCAR-ın vitse-prerzidenti kimi deyil, həm də ciddi biznes adamı kimi tanındığı çoxdan məlumdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button