GündəmManşet

Soçi görüşü yekunlaşdı: Azərbaycan sülh sazişinə hazırdır, Ermənistan isə hələ də şikayət edir

Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının qapalı görüşü başa çatıb. JAMAZ.İNFO bildirir ki, görüşdən sonra media üçün açıqlamalar verilib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Brüsseldə keçiriləcək görüşündən xəbərdardır. “Sizin yaxın zamanlarda Brüsseldə görüşəcəyinizdən xəbərim var. Biz bunu alqışlayırıq. Nə qədər çox birbaşa təmaslar olarsa, bir o qədər yaxşıdır. Mən bir qədər əvvəl Avropa İttifaqının rəhbəri Mişellə bu barədə danışmışam. O, sizi gözləyir. Azərbaycan və Ermənistan tərəfi sərhəddə vəziyyətin stabilləşməsində maraqlıdırlar. Bu istiqamətdə işlər pozitivdir”.

Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib ki, rəsmi Bakı Rusiyanın sərhədlərlə bağlı məsələhətçi mövqeyini dəstəkləyir. “Azərbaycan bu istiqamətdə proseslərə başlamağa hazırdır. Ermənistan və Azərbaycan sərhəddi delmitasiya olunmayıb. Ona görə də, biz birmənmalı olaraq, sərhədlərin delmitasiyası prosesinə başlamağa hazır olduğumuzu bəyan etmişik. Biz nümayişkaranə şəkildə və açıq formada Errmənistan tərəfinə təklif etmişik ki, sülh sazişinin hazırlanmasına hazırıq. Ona görə ki, qarşıdurmalara son qoyaq, qarşılıqlı olaraq ərazi bütövlüyümüzü tanıyaq. Ona görə ki, keçmişdə olduğu kimi və bundan sonra da qonşu kimi yaşayaq”.

Ermənistanın baş naziri Nikol Paşinyan isə daha çox şikayətçi mövqedən çıxış edib. O deyib ki, atəşkəsdən sonra Qarabağda stabillik tam təmin olunmayıb. “Aydın məsələdi ki, rus sülhməramlıları Qarabağda stabilliyin təmin olunmasında əhəmiyyətli rol oynayırlar”.

O daha sonra qeyd edib ki, Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan hesab edir ki, bütün məsələlər həll olunmayıb. “Buraya kommunikasiyaların açılması və əsirlərin məsələsi daxildir. Bütün bunlarla yanaşı, Ermənistan Azərbaycanla sərhəddə delmitasiya və demarkasiya prosesinə başlamağa hazırdır. Kommunikasiyaların açılması məsələsi də olduqca vacibdir”.

O bildirib ki, tərəflər arasında elə problemlər var ki, onları həll etmək üçün üçtərəfli, hətta ikitərəfli danışıqlar aparmaqla da həll etmək mümkündür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button