GündəmManşet

Tiqran Abramyan: “Yaxın vaxtlarda Şuşanın kəndləri və Laçın şəhəri Azərbaycana veriləcək”

«Ermənistan hökuməti bizə deyir ki, Qarabağla bağlı suallıarı onlara ünvanlamayaq. Açıqca deyirlər ki, Qarabağla məsələləri onlardan soruşmayaq. Onlar artıq bu problemlə bağlı heç bir iş görmək istəmirlər və sakitcə əllərini hər şeydən çəkiblər. Humanitar yardım məsələsindən başqa heç bir mövzuda məsuliyyəti üzərlərinə götürmürlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü, “Şərəf Duyuram” blokundan olan deputat Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, İrəvan hökuməti humanitar yardımla bağlı işləri ona görə görür ki, bu sahədə də onlara hər hansı irad tutulmasın. Abramyan deyir ki, hazırda Qarabağda rus sülhməramlıları var. “Onlarla yanaşı “Qarabağ Müdafiə Ordusu” da mövcuddur. Bu ordu ona görə qalmalıdır və gücləndirilməlidir ki, sabah ruslar gedərsə, Qarabağın təhlükəsizliyini təmin edə bilsinlər. Biz bilmirik ki, rus sülhməramlıları Qarabağda nə qədər qalacaq. İlkin razılaşma 5 ildir. Amma bu 10, 15 və ya 20 il də uzana bilər. Ona görə də, istər Qarabağ “ordusu”, istərsə də Ermənistan ordusu güclənməlidir”.

Erməni deputat delmitasiya və demarkasiya prosesi ilə bağlı hökumətin mövqeyinin necə olacağına da münasibət bildirib. O deyib ki, bu məsələlər toponimlə deyil, xəritələrlə həllini tapır. O, əsas problemin Azərbaycan və Ermənistan sərhəddi ilə deyil, Qarabağla bağlı olduğunu söyləyib. “Ermənistan hökuməti yaxın üç ildə aparılacaq danışıqlarda təminat verə bilmir ki, o hansı əraziləri güzəştə gedəcək və ya getməyəcək. Bununla bağlı prinsipial mövqeyi də yoxdur. Azərbaycan və Ermənistan sərhəddini müəyyən etmək əsas problem deyil. Əsas məsələ Şuşa ətrafı kəndləri və Laçın şəhəridir. Belə davam edərsə, yaxın zamanlarda Şuşanın ətrafındakı kəndlər və Laçın şəhəri Azərbaycana veriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button