DünyaManşet

Türk admiral: “Soçi görüşü çox pis keçib”

Türkiyənin sabiq kontur-admiralı Türkər Ərtürk Soçidə keçirilən Ərdoğan-Putin görüşünün nəticəsinin uğurlu olmadığını və bundan narazı qaldığını bildirib. JAMAZ.İNFO xəbər verir ki, türk admiral bu barədə özünün Tvitter səhifəsində məlumat yayıb.

O deyib ki, görüş çox pis keçib. Admiralın iddiasına görə, həmin görüşdə Putin Ərdoğandan Türk ordusunun Suriyadan çıxmasını istəyib. “Yəqin ki, yaxın vaxtlarda İdlib Suriya hökumətinin nəzarətinə keçəcək. Xəbər verilib ki, İdlib bu qış Suriya hökumətinin nəzarətinə veriləcək. Görünən odur ki, bu baş verəcək”.

Ehtiyatda olan hərbçi Soçi görüşünün nəticələri sırasında təkcə, Putinin Ərdoğandan İdlibi tərkl etməsi məsələsinə görə, narazı qalmayıb. O həmçinin Rusiyanın Türkiyəyə satdığı qazın qiymətini qaldırmasından da məmnun olmayıb.

Admiral qeyd edib ki, o, Ərdoğanın Putinnə müqavimət göstərə bilmədiyinə əmindir. “Ona görə ki, Türkiyə hökumətinin əlində “tutarlı kozırlar” olmayıb. Danışıqlarda Ankaranın əli çox zəif olub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button