ManşetSiyasət

Türk Ordusundan Qarabağ üçün “Ayyıldız Kalkanı”: DETALLAR AÇIQLANDI

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında davam edən 44 günlük müharibədən sonra üçtərəfli razılaşmaya əsasən atəşkəs əldə olunub. Həmin anlaşmaya əsasən bölgədə Rusiya və Türkiyə hərbçilərindən ibarət Atəşkəsə Birgə Nəzarət Mərkəzi yaradılıb. JAMAZ.İNFO xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Rusiya ilə məsələ ilə bağlı müzakirələr tamamlanıb və texniki məsələlər həll edilib.

Məlumatda deyilir ki, qardaş Azərbaycan Ordusuna texniki və taktiki dəstək verən Türkiyə, bölgədə atəşkəsin təmin olunması məsələsində də xüsusi missiyaya sahib olacaq. “Qurulacaq birgə mərkəzdə tımsil olunacaq Türk əsgərləri atəşkəsin pozulması halları, yerinin müəyyən edilməsi, müşahidə aparmaq fəaliyyətlərinin həyata keçirəcək. Mehmetçik atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər həyata keçirəcək, şikayət və pozulma halları olduqda ərazidə araşdırmalar aparacaq. Türk əsgərləri bu fəaliyyətlərində yerli istehsal olan PUA-lardan istifadə edəcək. Birgə Mərkəzdə Qarabağ bölgəsində atəşkəsin pozulmasın önləmək üçün nəzərdə tutulan türk əsgərlərinin sayı ruslarla eyni olacaq. Bundan başqa, atəşkəsin saxlanılması və pozulmasını müəyyən etmək məqsədi ilə Gəncə və Bərdə şəhərlərində Pilot Müdafiə Bölgələri yaradılacaq”.

Son məlumata görə, bundan başqa Türk və rus birliklərinin müşahidə fəaliyyətlərində koordinasiyanın təmin edilməsi üçün çoxlu sayda Atəşkəsi İzləmə Əlaqələndirmə Büroları da yaradılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button