DünyaManşet

Türkiyə və Rusiya orduları: Kimin hansı silahları var?

Regionun iki böyük dövləti olan Rusiya və Türkiyənin hərbi qüdrəti bir çox hallarda müzakirə mövzusu olur. Bununla bağlı, yanaşmalar fərqli olsa da, hər iki ölkənin ordularının güc nisbətlərinin rəqəmlərlə ifadəsi maraqlıdır. JAMAZ.İNFO bununla bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmada Türkiyə və Rusiyanın hansı silahlara malik olması, onların sayı və aradakı fərq göstərilib.

Qeyd edək ki, Türkiyə NATO ölkəsidir və dünyadakı hərbi gücünə görə, 11-ci yerdə qərarlaşıb. Ankara Aralıq dənizində böyük gücə malikdir. Bundan başqa, Aralıq dənizi ilə Qara dənizi birlkəşdirən Bosfor boğazına sahibdir.

Rusiyanı da kiçik görmək olmaz. Ərazisinə görə, dünyanın birinci ölkəsidir. Böyük ehtiyatları və resursları var. Eyni zamanda, hərbi gücü də zəif deyil.

İndi isə Türkiyə və Rusiyanın hərbi gücünü ehtiva edən rəsmi statistikaya diqqət yetirək:

Türkiyənin faktiki ordusu 355 min nəfərdən ibarətdir. Rusiyada isə bu rəqəm 1 013 628 nəfər təşkil edir.

Tankların sayı türklərdə 2622 ədəd, ruslarda isə 12950 ədəddir. Zirehli maşınların sayına gəldikdə, Türkiyədə bu tip hərbi maşınların sayı 8777, Rusiyada  27 038 ədəddir.

Türk ordusunun ixtiyarında özüyeriyən topların sayı 1278 ədəd təşkil edir. Rusiyada bu rəqəm 6083 ədədə bərbərdir. Artlleriya qurğularının sayı isə Türkiyədə 1260, Rusiyada 4465 ədəddir.

Aviasiyaya gəldikdə, iki ölkə arasında ciddi fərq mövcuddur. Türkiyə ordusunun ixtiyarında olan təyyarələrin ümumi sayı 1055 ədəddir. Onun 206 ədədi döyüş təyyarəsi,  80 ədədi hərbi yük təyyarəsi, 497 ədədi helikopter, 100 ədədi isə döyüş vertalyotlarıdır.

Rusiyada təyyarələrin ümumi sayı 4163 ədəddir. Onlardan 1615-i döyüş təyyarəsi, 424 ədədi yük təyyarəsi, 1522-i helikopter, 531 ədədi isə döyüş vertaliyotundan ibarətdir.

Dəniz qüvvələrinə gəldikdə, yenə Türkiyə Rusiyadan geri qalır. Rəsmi statistikaya görə, Türkiyənin təyyarə daşıyan gəmisi mövcud deyil. Rusiyada belə gəmilərin sayı 1 ədəddir. Submarinlər 12 ədəd olsa da, ruslarda 62 ədəd təşkil edir. Fereqatların sayında Türkiyə Rusiyadan irəlidədir. Belə ki, 16 fereqata qarşılıq, ruslar cəmi 10 belə gəmiyə sahibdirlər. Türkiyənin Esminesləri olmasa da, ruslarda onların sayı  16-ya çatır. Korvetlərə gəlinsə isə Türkiyə ordusunun ixtiyarında onların sayı 10, Rusiyada 79-dur.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button