DünyaManşet

Ukrayna ordusu daha bir qəsəbəni işğaldan azad edib: Separatçılar Donetskiyə çəkiliblər

Oktyabrın 26-dan etibarən Donbas uğörunda hərbi əməliyyatlara başlayan Ukrayna ordusu separatçıların “paytaxt” elan etdikləri Donetski şəhərinin yaxınlığına qədər irəliləyiblər. JAMAZ.İNFO rus mediasına istinadən xəbər verir ki, Donbasdakı separatçılar Staramaevski və Telmanovka rayonlarını itirdikdən sonra Dokuçaevskiyə çəkilsələr də, burada da möhkəmlənə bilməyiblər.

Belə ki, iki gün davam edən döyüşlərdən sonra dünən axşam saatlarından etibarən Ukrayna ordusu Dokuçaevski qəsəbəsinə nəzarəti ələ keçirib. İlkin məlumata görə, Donbas separatçıları şəhəri saxlaya bilməyib, geriyə çəkiliblər.

Rus mediası yazır ki, sözügedən qəsəbə strateji əhəmiyyətə malikdir. Onun Ukrayna ordusunun nəzarətinə keçməsi Donetsk şəhərinin itirilməsi deməkdir. Çünki Dokuçaevski ilə Donetsk şəhəri arasında cəmi 12-15 km məsafə var. Bundan başqa, qəsəbədəki hündürlüklərdən Donetskini artilleriya atəşi altında saxlamaq çox asandır.

Gələn xəbərlərə görə, separatçılar artıq mövqelərini saxlaya bilmirlər. Və bu səbəbdən sürətlə geri çəkilmək məcburiyyətində qalıblar. Rus ekspertlər bildirir ki, Ukrayna ordusu artıq Donbasın cənub ərazilərinin tamamına nəzarəti ələ keçirib. Onlar kənardan dəstək olmazsa, Donbasın tez bir zamanda mövcudluğuna son qoyulacağını bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button