ManşetÖlkə içi

Ukraynada döyüşən azərbaycanlı bacılar icra başçısının qızlarıdır

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var. JAMAZ.İNFO gundem.az-a istinadən bildirir ki, bunlar Leyla və Dərya bacılarıdır.

Həmin məlumata görə, Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər də verilər.

Qeyd edək ki, Leyla Muxtarova və Dərya Hüseynova AXC hakimiyyəti dövründə Bakının Nizami rayonunun icra başçısı olmuş Xəqani Hüseynovun qızlarıdır. Xəqani Hüseynov isə 90-cı illərin ortalarında Ukraynaya köçüb. O, 2015-ci ildə infarktdan dünyasını dəyişib. Xəqani Hüseynov həmçinin Ukrayna prezidenti Viktor Yuşşenkonun müşaviri işləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button