ManşetSiyasət

Vardan Oskanyan: “Ermənistan sülh danışıqlarını uzadarsa, müharibə qaçılmaz olacaq”

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Qarabağla bağlı məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, keçmiş nazir Rusiya-Ukrayna müharibəsinin dünyada, eləcə də Qafqazda və Dağlıq Qarabağ ətrafında geosiyasi vəziyyəti kökündən dəyişdiyini vurğulayıb.

Onun fikrincə, Ermənistanın müttəfiqi və Qarabağdakı kövrək status-kvonun qarantı olan Rusiya özünü zəif və Qərbdən təcrid olunmuş vəziyyətə salıb. Oskanyan hesab edir ki, Azərbaycanın müttəfiqi olan Türkiyə isə Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunda çıxış edərək, indiki şəraitdə öz siyasətini balanslaşdıraraq, müharibə başlamazdan əvvəlkindən daha güclü mövqedədir. “Dünyanın diqqətinin Ukraynaya yönəldiyi bir vaxtda Azərbaycan öz planını həyata keçirilməsini danışıqlar yolu ilə, mümkün olmadıqda isə zorla Ermənistanın üzərinə yıxmaqla, bu vəziyyətdən ən yaxşı şəkildə yararlanmağa çalışır. Bu planı tez bir zamanda həyata keçirmək üçün Bakı Ermənistanın zəifləmiş müdafiə və danışıqlar mövqelərindən istifadə edərək, bütün mümkün rıçaqlardan istifadə etməyə çalışacaq”.

Keçmiş nazir qeyd edir ki, 44 günlük müharibənin əsas səbəblərindən biri də müharibədən əvvəlki dövrdə Azərbaycanın Ermənistan tərəfdən güzəştlər gözləməsi idi. “Eyni şeyi bu gün haqqında da demək olar. Müharibədən sonrakı dövrdə Ermənistan tərəfinin “sülh” çağırışları və addımları Türkiyədə və Azərbaycanda böyük gözləntilər doğurub. Onların gecikdirilməsi və ya ondan imtina, şübhəsiz, müharibəyə gətirib çıxaracaq”.

Oskanyan bildirir ki, Ermənistanda heç bir hakimiyyət Azərbaycanın ərazi bütövlüyü tələbini təmin edə bilməz. “Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıması ilə bağlı cavabı həm Azərbaycan, həm də erməni xalqı üçün anlaşılmaz və qəbuledilməzdir. Maraqlıdır ki, Azərbaycanın təqdim etdiyi beş ilkin şərtdə, bildiyimə görə, “dəhliz” sözü qeyd olunmur. Paralel olaraq, Azərbaycan Naxçıvanla quru əlaqəni təmin etmək üçün artıq İran ərazisindən keçən dəmir yolu və avtomobil yollarının tikintisinə başlayıb”.

Onun sözlərinə görə, Sünikdən dəhliz əldə etmək istəyən Azərbaycan ilk gündən bunun üçün Laçın dəhlizinin statusuyla konsolidasiya etmək istəyirdi. “Bununla belə, Azərbaycanın bu gün Sünikdən keçməklə dəhliz əldə etmək və Laçın dəhlizinə nəzarəti ələ keçirmək arasında seçim varsa, o zaman ikincini seçəcək. Ukrayna ətrafında mövcud vəziyyəti və Rusiyaya qarşı sanksiyaların dərinləşməsini nəzərə alsaq, bu cür hadisələrə hazır olmalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button